Icma.az
close
up
RU
Azərbaycanın D8 ə qoşulması yeni dünya düzəninin qurulmasına xidmət edir

Azərbaycanın D8 ə qoşulması yeni dünya düzəninin qurulmasına xidmət edir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan hökuməti D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini 2025-ci il martın 19-da səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) İstanbulda yerləşən katibliyinə rəsmi şəkildə təqdim edib. Bununla da Azərbaycan D-8 Təşkilatına tamhüquqlu üzv olub.

“D-8 beynəlxalq təşkilatına Azərbaycanın üzv qəbul olunması “Yeni dünya düzəni”nin qurulmasına qatılmaq üçün Azərbaycanın etimadnaməsi sayıla bilər”.

Bu fikirləri Modern.az-a Azərbaycanın D-8-ə üzv kimi qoşulmasını təşkilat üçün mühüm hadisə olduğunu vurğulayan Milli Məclisin deputatı Cavanşir Feyziyev açıqlamasında bildirib.

Deputat xatırladıb ki, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının ötən ilin 19 dekabrında Misirin Qahirə şəhərində keçirilmiş 11-ci Zirvə Görüşündə Azərbaycanın yekdilliklə təşkilata üzv qəbul edilməsi ölkəmizin xarici siyasətinin uğuru və beynəlxalq iqtisadi münasibətlərdə mövqeyini gücləndirən mühüm addımlardandır.

O bildirib ki, qaydalara uyğun olaraq, Sammitin bu qərarından sonra Azərbaycanın təşkilata tamhüquqlu üzv olması üçün D-8 Nizamnaməsini ratifikasiya etməsi tələb olunurdu. Azərbaycan Respublikasının Milli Məclisi 2025-ci il martın 7-də bununla bağlı qanunu (149-VIIQ saylı Qanunu) qəbul edib və bu qanun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, bu, 1997-ci ildə yaradıldığından bəri D-8-in ilk genişlənməsidir. 28 il bundan əvvəl qardaş Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı çərçivəsindı rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.

Deputat vurğulayıb ki, D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə belə bir tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Ölkəmizin D-8 üzvü seçilməsi həm ölkəmiz, həm də təşkilat üçün tarixi önəm daşıyır. Bu addım yalnız Azərbaycanın beynəlxalq nüfuzunun artmasını deyil, həm də qlobal iqtisadi və siyasi inteqrasiyaya verdiyi önəmin göstəricisidir. Tamhüquqlu üzvlük, habelə D-8-in özünün gələcək inkişafına strateji töhfə verəcək yeni imkanlar açır.

D-8-in iqtisadi əməkdaşlığa odaqlanan bir beynəlxalq təşkilat olduğunu diqqətə çatdıran millət vəkili qeyd edib ki, bizdən öncəki 8 ölkə - qardaş Türkiyə və Pakistan başda olmaqla, İran, Misir, Banqladeş, İndoneziya, Malayziya və Nigeriya inkişaf etməkdə olan iqtisadiyyatları ilə tanınır. Üzv ölkələr arasında ticarət həcmini artırmaq, texnologiya transferi və innovasiyanı stimullaşdırmaq, davamlı iqtisadi inkişafı təmin etmək, sosial ədalət, iqtisadi ədalət prinsiplərini təşviq etmək və s. kimi məqsədləri prioritet hesab edən D-8-in danılmaz perspektivi vardır. Azərbaycanın D-8-ə tamhüquqlu üzvlüyü həm onun bölgəsəl çevrəsini genişləndirir, həm də ölkəmizin öz iqtisadi, siyasi prioritetlərini yeni bir platformada gerçəkləşdirməsinə münbit ortam vəd edir.

Cavanşir Feyziyevin fikrincə, D-8 təşkilatına üzvlük Azərbaycanın sosial-iqtisadi həyatında ilk növbədə, ticari-iqtisadi əməkdaşlıq imkanlarımızın genişlənəcəyini vəd edir. O bildirib ki, Azərbaycan D-8 çərçivəsində, üzv ölkələrlə ticarət bağlarını daha da gücləndirərək, iqtisadi-ticari münasibətlərini bir qədər də genişləndirə bilər. Özəlliklə, ilk addımda qeyri-neft sektorunda işbirliyi, kənd təsərrüfatı, tekstil, texnologiya və b. sahələrdə yeni imkanlar açılmış olacaqdır.

Deputat həmçinin qeyd edib ki, bu əməkdaşlığın, özəlliklə texnoparklar, startaplar və rəqəmsal iqtisadiyyat sahələrində önəmli rol oynayacağı əsas gözləntimizdir.

Deputat hesab edir ki, enerji və nəqliyyat sahələrində yeni əməkdaşlıq perspektivləri meydana gələcək. Ölkəmizin enerji resursları, habelə nəqliyyat dəhlizlərində oynadığı strateji rol D-8 ölkələri üçün önəmli əməkdaşlıq platforması yaradacaq. Bakı-Tiflis-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizi kimi layihələr D-8 ölkələri üçün regional inteqrasiyanı gücləndirən əsas faktorlardan birinə çevrilə bilər. Digər tərəfdən, daha bir regional təşkilatda yer almaq, Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir və ölkəmizin strateji prioritetlərini beynəlxalq aləmə çatdırmaq üçün yeni bir platforma təmin edir” – deyə Cavanşir Feyziyev əlavə edib.

O qeyd edib ki, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatları ilə D-8 ölkələrinin enerji təhlükəsizliyinə geniş töhfələr verə bilər. Özəlliklə, alternativ enerji qaynaqları sahəsində təcrübəmizlə D-8-in enerji balansını şaxələndirə bilərik.

Azərbaycanın Avrasiyadakı strateji mövqeyi, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizləri, D-8-in iqtisadi əməkdaşlıq potensialını artıracaqdır.

Ölkəmizin multikulturalizm və dialoq mədəniyyətinin əhəmiyyətini vurğulayan deputat diqqətə çatdırıb ki, Azərbaycan, zəngin multikulturalizm təcrübəsi ilə D-8 ölkələri arasında mədəni əməkdaşlığı, dialoqu, anlaşmanı gücləndirə bilər. Bu isə təşkilat daxilində sosial inteqrasiyanın artmasına, ümumi dəyərlərin qorunmasına və təşviqinə xidmət edəcəkdir.

Beləliklə, D-8-ə tamhüquqlu üzvlük ölkəmizin beynəlxalq aləmdə mövqeyini gücləndirən strateji bir addım kimi xarakterizə oluna bilər. Bu tarixi addım ölkəmizin beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunu və qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Mart 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri