Icma.az
close
up
RU
Azərbaycanın D8ə üzv olması, ölkəmiz üçün müsbət dinamika yarada bilər AÇIQLAMA

Azərbaycanın D8ə üzv olması, ölkəmiz üçün müsbət dinamika yarada bilər AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

“İnkişaf etməkdə olan 8-lik” (Developing -8) təşkilatı 30 ilə yaxındır yaranmasına baxmayaraq, bu illər ərzində qarşısına qoyduğu məqsədə böyük ölçüdə çata bilməmişdir. Bunu üzv ölkələrin hər birinin inkişafında bu təşkilatın rolunun digər təşkilat və əməkdaşlıqlarla müqayisədə daha az olması, eyni zamanda üzv ölkələrin bir-birilə olan iqtisadi-siyasi münasibətlərinin mövcud vəziyyəti bu dediklərimi təsdiq edir.

Məsələn, bunlardan sadəcə birinə baxaq. Bu təşkilatın ən böyük ölkəsi olan Türkiyənin xarici ticarət dövriyyəsi ötən il 585 milyard dollar olduğu halda bu təşkilatın bütün üzvləri ilə toplam ticarəti heç 50 milyard dollara gəlib çatmayıb. Bir təşkilatın ən böyük dövləti öz ticarət dövriyyəsini 30 il ərzində bu təşkilat daxilində 10%-dən çox artıra bilməyibsə deməli bu təşkilatın inkişafına mane olan problemlər vardır".

Redaktor.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanın D-8-ə üzvlüyü barədə danışarkən bildirib.

"Təbii ki, təşkilat yaranarkən məqsəd həm siyasi, həm iqtisadi, texnoloji və digər aspektlərdən birgə inkişafa nail olmaq idi. Düzdür, üzv ölkələri arasında ticarət müqavilələri və gömrük tənzimləmələrini asanlaşdırmağa çalışmış, birgə inkişaf proqramları hazırlanmışdır. Amma bu təşkilata üzv ölkərindən asılı olan və onlardan asılı olmayan bir sıra səbəblərə görə 1997-ci ildə qoyulmuş hədəflədə nail ola bilməmişlər.

Bunlara misal olaraq, üzv ölkələrin iki tərəfli münasibətlərinin kifayət qədər yüksək olmaması, üzv ölklərin bu təşkilatla müqayisədə digər təşkilatlar daxilində fəaliyyətə daha çox üstünlük verməsini və digər səbəbləri göstərmək olar.

Bu ölkələrdən asılı olmayan səbəblər kimi isə, daha çox qlobal təzyiqləri, beynəlxalq sanksiyaları və s. qeyd edə bilərik

Hazırda isə qlobal geosiyasi vəziyyət bu regionda yeni zərurətlər yaratmaqdadır. Bu baxımdan hesab edirəm ki, bu təşkilatın öz hədəflərinə nail olmaq üçün üzv ölkələr yeni fəaliyyət planı hazırlamalı və təşkilatı ən aktiv fazaya keçirməlidir", - deyə o qeyd edib.

Ekspert hesab edir ki, belə bir durumda Azərbaycanın da bu təşkilata üzv olması, təkcə ölkəmiz üçün deyil, elə təşkilatın özü üçün də müsbət dinamika yarada bilər:

"Çünki Azərbaycanın getdikcə artan nüfuzu hər bir təşkilata yalnız müsbətlər gətirə bilər. Lakin Azərbaycan tərəfi də yəqin ki, tam olaraq bu təşkilata fokuslanmayacaq. Çünki bu təşkilatın perspektivləri ilə bağlı kifayət qədər həm də risklər mövcuddur. Buna görə də Azərbaycan digər istiqamətlərdə olan iqtisadi münasibətlərini aktivliyi qəti şəkildə azaltmadan D-8 daxilində birgə əməkdaşlığın bütün sahələrində yeni imkanlar axtarmalı və bu imkanları ölkənin mənafeyinə uyğun istifadə etməlidir.

Hazırda Türkiyə istisna olmaqla D-8 üzv olan digər 7 ölkə ilə olan ticarət dövriyyəmiz, heç 1 milyard dollar çatmır. Daha dəqiq, cəmi 872 milyon dollardır. Bunların arasında elə ölkə var ki, ümumiyyətlə ticarət dövriyyəmiz heç yarım milyona da çatmır. Odur ki, bu təşkilata üzv olmaq və birgə əməkdaşlıq perspektivlərini doğru qiymətləndirmək, ticarət dövriyyəmizə, o cümlədən ixrac bazarlarının diversifikasiyasına və bir çox digər istiqamətlərdə müsbət təsirlər yarada bilər".

T.İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri