Azərbaycanın da yer aldığı Sülh Şurası genişlənir: Qəzza üçün yeni ümid
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Səkkiz ölkənin xarici işlər nazirləri ABŞ Prezidenti Donald Trampın təşəbbüsünü dəstəkləyərək, Qəzza ilə bağlı Sülh Şurasına qoşulmaq niyyətlərini bəyan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə yanvarın 21-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan birgə bəyanatda məlumat verilib.
Bəyanatda qeyd olunur ki, İordaniya Haşimilər Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya Respublikası, Pakistan İslam Respublikası, Türkiyə Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Qətər Dövləti və Misir Ərəb Respublikasının Xarici İşlər Nazirlikləri ölkə rəhbərlərinə ünvanlanan və Sülh Şurasına qoşulmaqla bağlı edilən dəvəti alqışlayırlar.
Sənəddə vurğulanır ki, hər bir ölkə müvafiq sənədləri bütün zəruri hüquqi və prosedur tələblərinə uyğun şəkildə imzalayacaq.
Xatırladaq ki, Azərbaycan, Argentina, Bəhreyn, Belarus, Macarıstan, Vyetnam, Qazaxıstan, İsrail və Mərakeş də Qəzza ilə bağlı Sülh Şurasına qoşulmağa razılıq veriblər. Lakin bir sıra Qərb ölkələrinin liderləri Şurada iştirakdan imtina ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Yanvar 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















