Icma.az
close
up
RU
Azərbaycanın deputatları Suriya məsələsinə görə Türkiyəyə gedəcək

Azərbaycanın deputatları Suriya məsələsinə görə Türkiyəyə gedəcək

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Məclisinin bir sıra deputatları önümüzdəki günlərdə Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Türkiyəyə gedəcək.

Bu barədə Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

"Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin başqanı Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər. Orada bir sıra vacib məslələrə toxunuldu. O cümlədən Suriyadakı məsələlərlə bağlı Azərbaycanın Türkiyənin yanında olacağı vurğulandı. Bu, çox önəmli bir ifadədir. Qarşıdakı vaxtlarda Azərbaycandan bir heyət bu mövzular barədə danışmaq üçün Türkiyəyə gələcək".
Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət Türkiyə və Azərbaycan rəsmiləri arasında bir neçə dəfə müzakirə olunub.

Türkiyə Suriyada sabitliyin və ərazi bütövlüyünün qorunub saxlanmasına böyük önəm verir.
Həm Ankara, həm də Bakı hesab edir ki, Suriyada sabitliyin bərpa olunması bütün regionun sabitliyinə və təhlükəsizliyinə xidmət edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edilib.

Prezident İlham Əliyev Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri