Icma.az
close
up
RU
Azərbaycanın dostluq və sadiqliyinə hər zaman etibar edə bilərlər

Azərbaycanın dostluq və sadiqliyinə hər zaman etibar edə bilərlər

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində, guya, raketlərin buraxılması barədə sosial şəbəkələrdə yayılan məlumatlar nəinki əsassızdır, həm də tamamilə absurddur və rəsmi qurumlar da haqlı olaraq bu feyk-xəbərlərin həqiqətə uyğun olmadığını bildirərək onları məqsədli dezinformasiya kimi qiymətləndiriblər. Çünki Azərbaycan hazırda atəşkəs mərhələsinə girən son 40 günlük İran-ABŞ (+İsrail) müharibəsində tərəflərdən heç birinin yanında yer almayıb və hərbi əməliyyatlara da hər hansı formada dəstək verməyib. Bunun tam əksinə, Azərbaycan regionda sülh və sabitliyin bərqərar olunması üçün hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırışlar edib.
Bu cür saxta "xəbər"ləri yayan beyinsizlər, korazehinlər heç olmasa, özlərinə sual verirlərmi ki, axı Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlər necə buraxıla bilər? Azərbaycan məgər İranın müttəfiqidirmi ki, ərazilərində ABŞ hərbi bazalarının yerləşdiyi ərəb ölkələrinə bizim ərazimizdən raket buraxılmasına icazə versin? Azərbaycan özü bu müharibə əsnasında İran tərəfindən raket və dron zərbələrinə məruz qaldığı halda, bizim ərazimizdən Körfəz ölkələrinə raket atılması hansı məntiqə uyğundur? Aydın məsələdir ki, belə bir şayiəni yayanlar ilk növbədə təxribat məqsədilə yayıblar. Onlar bu cür dezinformasiyaları yaymaqla həm öz ictimaiyyətimizdə çaşqınlıq yaratmaq məqsədini güdürlər, həm də ərəb ölkələrinin nəzərində Azərbaycanın etibarlı dost və müttəfiqlik imicini zədələməyə çalışırlar.
Lakin həmin təxribatçılar hərbi-texnoloji cəhətdən savadsız və cahil olduqlarına görə indi istənilən ölkədən atılan raket və dronların mənbəyini və onların haradan atıldığını müasir radar-müşahidə sistemləri vasitəsilə çox asanlıqla müəyyən etməyin mümkün olduğu barədə elementar təsəvvürə belə malik deyillər. Ona görə də bu cür əsassız iddialar sadəcə gülüş doğurur. Üstəgəl, bu dezinformasiyanı yayanların cahilliyi özünü həm də onunla təsdiqləyir ki, bu zavallılar Azərbaycanın hətta Körfəz ölkələri ilə kifayət qədər yaxşı münasibətlərə malik olduğunu da bilmirlər. Azərbaycan dost dövlətlərin suverenliyini və sabitliyini heç vaxt təhlükə altına atmaz. Ərəb ölkələri Azərbaycanın etibarlı dost və güvənli müttəfiq olduğunu yaxşı bilirlər.
İran-ABŞ müharibəsi Azərbaycan üçün müəyyən risklər yaratsa da, lakin biz bu riskləri müvəffəqiyətlə neytrallaşdırmağı bacardıq. Hazırda İranla qonşuluq münasibətlərimiz normal məcrada davam edir. Müttəfiqlərimizlə münasibətlərimizdə də heç bir problem yoxdur. Həmçinin Körfəz ölkələri də Azərbaycanın dostluq və sadiqliyinə hər zaman etibar edə bilərlər.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Aprel 2026 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri