Azərbaycanın dostu barədə araşdırma başladı
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Macarıstanda ölkənin sabiq xarici işlər naziri Peter Siyarto ilə bağlı araşdırmaya başlanıldığı bildirilir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar açıqlama verib.
Onun sözlərinə görə, araşdırma artıq başladılıb, lakin istintaqın gedişi ilə bağlı ətraflı məlumat açıqlanmır.
“Bildiyimə görə, araşdırma başlanıb. İctimaiyyətlə paylaşılması mümkün olan məlumatlar ortaya çıxanda bunu edəcəyik”, – deyə baş nazir bildirib.
Madyar qeyd edib ki, iş üzrə məxfi sənədlər, Xarici İşlər Nazirliyinin materialları və digər məlumatlar araşdırılır.
Məsələ Peter Siyartonun parlamentdən ayrılaraq Çinin BYD şirkətində vəzifə tutması ilə bağlı xəbərlərdən sonra yenidən gündəmə gəlib. Yerli KİV-in məlumatına görə, o, şirkətdə xarici əlaqələr və yeni biznes istiqamətlərinin inkişafına cavabdeh olacaq.
Bu təyinat Macarıstanda maraqlar toqquşması ilə bağlı müzakirələrə səbəb olub. Çünki hökumət daha əvvəl BYD-yə ciddi dəstək göstərib.
Araşdırmanın başlanmasına səbəb kimi isə ABŞ-nin “The Washington Post” qəzetində dərc olunan məqalə göstərilir. Nəşr iddia edib ki, Siyarto Ukrayna müharibəsi başlayandan sonra da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla sıx təmaslarını davam etdirib və Avropa İttifaqı görüşləri zamanı aparılan müzakirələr barədə ona məlumat ötürüb.
Qeyd edək ki, Peter Siyarto Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri olub, Macarıstanın xarici işlər naziri kimi Bakıya dəfələrlə səfər edib. O, ölkəmizə 10-dan çox səfər edib və iki ölkə arasında strateji tərəfdaşlığın inkişafında fəal rol oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 İyul 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















