Azərbaycanın dövlət borcu açıqlandı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
2026-cı il 1 yanvar tarixinə olan Azərbaycanın dövlət borcu açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanın dövlət borcunun ümumi məbləği 25987,5 milyon manat və ya 2025-ci il üzrə faktiki ÜDM-in 20,1 faizini təşkil edib.
Qeyd olunub ki, ümumi dövlət borcunun 31,5 faizi xarici dövlət borcunun, 68,5 faizi isə daxili dövlət borcunun payına düşüb. ("Aqrarkredit" QSC-nin daxili dövlət borcuna aid edilmiş 8797,9 milyon manat məbləğində öhdəlikləri nəzərə alınmadan, dövlət borcunun 47,6 faizi xarici dövlət borcunun, 52,4 faizi isə daxili dövlət borcunun payına düşmüş olur).
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 İyun 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















