Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 16 %dən çox azalıb
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-noyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 913 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Report” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % azdır.
Kibertəhdidlərin 469-u daxili araşdırma, 445-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə noyabrda isə 85 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 13,3 % azdır.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 739,72 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 146 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 191 min 632 zərərverici tərkibli elektron sənəd blok edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Dekabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















