Icma.az
close
up
RU
Azərbaycanın Dövlət Suverenliyi: Tarixi sınaqlar və milli iradənin təntənəsi ŞƏRH EDİLDİ

Azərbaycanın Dövlət Suverenliyi: Tarixi sınaqlar və milli iradənin təntənəsi ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. 1991-ci ildə ölkəmiz dövlət müstəqilliyini rəsmən elan etsə də, qarşıya çıxan çətinliklər bu yolun asan olmayacağınıgöstərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Səbinə Salmanova deyib.

O bildirib ki, müstəqilliyin ilk dövrlərində şəxsi hakimiyyət maraqlarını milli maraqlardan üstün tutan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində ölkəmiz qarşısında ciddi təhlükələr yarandı: “Bu dövrdə BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdi.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi əksini tapdı: “Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması ölkəmizin suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdi. Ancaq buna baxmayaraq,işğal altında olan ərazilərimiz bütün dövr ərzində Azərbaycanın ayrılmaz hissəsi kimi beynəlxalq aləmdə tanıdıldı. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi”.

Deputat bildirib ki, nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Vətən müharibəsində BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququndan istifadə edərək tarixi ədaləti bərpa etdi: “Ordumuzun hər bir əsgəri və zabiti Vətən uğrunda canlarını fəda etməyə hazır olduğunu dünyaya göstərdi. Bununla da ölkəmiz BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını özü öz gücünə təmin etdi. Bizim tarixi Zəfərimiz yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm dəmilli iradəmizin və dövlətçiliyimizintəntənəsi idi”.

S.Salmanova qeyd edib ki, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat bölgədə yeni mərhələ açdı: “Ermənistan kapitulyasiya aktına imza atdı, amma praktiki olaraq bəyanatın bütün müddəaları yerinə yetirilmədi. Qarabağda hələ də Ermənistan ordusunun tör-töküntüləri mövcud idi. Onların fəaliyyəti bir tərəfdən bölgədə yaşayan əhali üçün təhlükə yaradırdı, digər tərəfdən isə Azərbaycanın dövlətçiliyinə açıq hörmətsizlik idi. Xüsusilə mina terroru hər gün həyatımıza acı xəbər gətirirdi. Onlarla hərbçi və mülki şəxs bu minaların qurbanına çevrilirdi. 2023-cü ilin sentyabrında baş verən partlayış nəticəsində bir neçə hərbçimizin həlak olması isə bardağı daşıran son damla oldu. Bu hadisədən dərhal sonra Azərbaycan Ordusu sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatın ən böyük xüsusiyyəti onun məqsədli və məhdud xarakter daşıması idi. Ordumuz yalnız hərbi obyektləri hədəfə aldı, mülki əhalinin təhlükəsizliyi isə diqqətlə qorundu. Bu, Azərbaycanın gücünün yanında humanist dəyərlərə sadiqliyinin də göstəricisi idi”.

Parlamentari vurğulayıb ki, 24 saata yaxın davam edən əməliyyat Azərbaycanın hərbi gücünün növbəti göstəricisi oldu: “Dəqiq və hədəfli zərbələr nəticəsində Ermənistan ordusunun qalıqları zərərsizləşdirildi, mühüm hərbi obyektlər sıradan çıxarıldı. Əməliyyatın ən mühüm məqamlarından biri isə mülki əhalinin qorunması idi. Azərbaycan Ordusu bu məsələyə xüsusi həssaslıqla yanaşdı. Humanitar dəhlizlər açıldı, mülki şəxslərə yardım göstərildi, onların təhlükəsizliyi təmin olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycanın suverenliyi tam bərpa olunub, Qarabağda dövlət bayrağımız artıq əbədi dalğalanır. Bu sözlər hər birimimizdə böyük qürur hissi yaratdı”.

S.Salmanova qeyd edib ki, 2023-cü ilin sentyabrın 19–20-də keçirilmiş antiterrorəməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı: “Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Ən əsası, Azərbaycandünyaya göstərdi ki, suverenlik yalnız kağız üzərində yazılan prinsip deyil, real siyasi iradə və hərbi güclə qorunan dəyərdir. Bu siyasi iradənin əsas müəllifi isə dövlətimizin başçısı cənab İlham Əliyevdir”.

S.Salmanova söyləyib ki, müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil: “Bu, həm də xalqın milli kimliyini, mədəni və tarixi varlığını qoruyan dəyərlərdir. Dövlətinə sadiqlik, milli birliyin qorunması və ölkə maraqlarının müdafiəsi hər zaman ən yüksək dəyərlərdir. Bu baxımdan, Dövlət Suverenliyi Günü ölkəmizdə müasir tariximizin ən mühüm dönüş nöqtələrindənbiri olaraq qeyd olunur. Cənab Prezident tərəfindən 2025-ci ilin də “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçiliyimizin möhkəmlənməsinə verilən xüsusi önəmin bariz göstəricisidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri