Azərbaycanın dünya çempionatında iştirak edəcək heyəti müəyyənləşib
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək bədii gimnastika üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.
İdman.biz xəbər verir ki, mövsümün ən vacib yarışında ölkəmizi fərdi proqramda bir gimnast və qrup hərəkətləri komandası təmsil edəcək.
Fərdi yarışda Kamilla Seyidzadə çıxış edəcək. Qrup hərəkətləri komandasında isə Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədova yer alıblar.
Qeyd edək ki, avqustun 20-24-də keçiriləcək dünya çempionatında iştirak üçün 76 ölkə qeydiyyatdan keçib. Ümumilikdə Rio-de-Janeyroda 36 qrup da daxil olmaqla 320 gimnast çıxış edəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Azərbaycanın iki ağırlıqqaldıranı dünya çempionatında iştirak edəcək
05 Dekabr 2024 01:13
Dünya çempionatında iştirak edəcək ultramarafonçumuz müəyyənləşib
06 Dekabr 2024 18:57
Avropa çempionatında iştirak edəcək Azərbaycanın strikt körl yığmasının heyəti
03 Aprel 2025 10:53
Azərbaycanın şahmatçıları Avropa çempionatında iştirak edəcək
12 Mart 2025 18:15
Azərbaycanın yeniyetmə şahmatçıları dünya çempionatında iştirak edəcəklər
18 Sentyabr 2025 14:10
Baxış sayı:90
Bu xəbər 25 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















