Icma.az
close
up
RU
Azərbaycanın əmək bazarında ciddi qeyribərabərlik mövcuddur Dünya Bankı

Azərbaycanın əmək bazarında ciddi qeyribərabərlik mövcuddur Dünya Bankı

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur.

Bu barədə Dünya Bankının Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində hazırladığı “Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması” adlı hesabatda bildirilir.

Sənədə əsasən, qadınların 62 %-i, kişilərin isə 75 %-i işçi qüvvəsi kimi çıxış edir, qadınların 58 %-i, kişilərin isə 71 %-i məşğul əhali hesab edilir.

“Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş alan sektorlarda və peşələrdə cəmləşiblər. Məsələn, qadınlar təhsil, səhiyyə, sosial iş və digər xidmət sahələrində çalışanların böyük hissəsini təşkil edir ki, bu da bir çox hallarda nisbətən aşağı əməkhaqqı ilə nəticələnir”, – deyə hesabatda qeyd olunub.

Bundan başqa, sənəddə deyilir ki, Azərbaycan qanunvericiliyi qadınlar va kişilər üçün bərabər imkanları dəstəkləyir: “Qadınların əmək hüquqları Konstitusiya və Əmək Məcəlləsi ilə qorunur. Konstitusiya gender əsaslı ayrı-seçkiliyi açıq şəkildə qadağan edir, kişilər və qadınlar üçün bərabər hüquq və azadlıqları təsdiq edir, azad peşə seçmək, təhlükəsiz şəraitdə işləmək və heç bir ayrı-seçkilik olmadan əməyinin qarşılığını almaq hüququnu vurğulayır. 2022-ci ildə Azərbaycan hökuməti bir sıra əsas sənaye sahələrində qadınların müəyyən vəzifələrdə işləməsinə qoyulan məhdudiyyətləri ləğv edib. Əvvəllər Əmək Məcəlləsinin 241-ci maddəsi və Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə qadınların kənd təsərrüfatı, tikinti, nəqliyyat, energetika, istehsalat kimi sektorlar üzrə 674 peşədə işləməsini qadağan idi. Belə ki, qadınların yük vaqonlarında konduktor, qatar mühəndisi, 14-dən çox oturacaq yeri olan avtobusların sürücüsü, o cümlədən asfalt çəkmə, dülgərlik və energetika sahəsində müəyyən vəzifələrdə işləməsi qadağan olunurdu. Bununla belə, Dünya Bankının dəstəklədiyi araşdırmadan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci ilin noyabrında Əmək Məcəlləsinə bəzi dəyişiklikləri təklif edib. Bu dəyişikliklərlə hamilə olmayan və süd verməyən qadınlar üçün 674 iş üzrə bütün məhdudiyyətləri ləğv edilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Dekabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see187

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see129

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri