Azərbaycanın ən böyük və kiçik bankı hansıdır?
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Azərbaycanda aktivlərinin həcminə görə ən böyük və kiçik banklar məlum olub.
FED.az biznes və maliyyə portalı RENKİNQ-in hesablamalarına istinadən xəbər verir ki, 2026-cı ilin 1-cü rübünün yekunları üzrə ölkənin ən böyük bankı – bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankıdır. Rübün sonuna ABB-nin aktivlərinin həcmi 14 milyard 310 milyon manat təşkil edir. Aktivlərin həcminə görə, 2-ci pillədə bank sektorunun liderlərindən olan «Kapital Bank» dayanır – 11,8 milyard manat. «Paşa Bank» 9 milyard manatlıq aktivlərdə ilk 3-lüyü qapayır.
Son bir ildə bankların aktiv həcmi üzrə renkinqində yerlər dəyişməyib.
Ölkənin ən kiçik bankları da bir il əvvəl olduğu kimidir – cədvəlin sonunda İran Milli Bankının Bakı filialına «Bank Avrasiya» qonşuluq edir.
Bu bankların aktivləri müvafiq olaraq 121 milyon manat və 214 milyon manatdır. Son bir ildə İran bankının aktivləri 1 milyon manat, «Bank Avrasiya»nın aktivləri isə 18 milyon manat artsa da, cədvəlin son pilləsindən çıxa bilməyiblər.
2026-cü ilin 1-ci rübünün nəticələrinə görə, ölkədə 1 bankın aktivləri 3 milyard manatdan artıqdır – «Xalq Bank», bu göstəricidə son bir ildə dəyişiklik yoxdur. 3 bankın aktivləri isə 2 milyard manatdan artıqdır, bunlar «Bank Respublika» (2,6 milyard manat), «Azər Türk Bank» (2,2 milyard manat) və «Unibank»dır (2,2 milyard manat). Bir il əvvəl aktivləri 2 milyard manatdan artıq olan cəmi bir bank vardı – «Bank Respublika».
Ümumilikdə 2026-cı ilin 1-ci rübünün nəticələrinə görə, ölkədə 12 bankın aktivləri 1 milyard manatdan artıqdır. Bir il əvvəl milyardlıq bankların sayı 11 idi.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 Aprel 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















