Azərbaycanın ən güclü komandası olduğumuzu sübut etdik Detrek Brauninq
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
NTD-nin üzvü, Azərbaycan Kubokunun ən dəyərli basketbolçusu (MVP) seçilən Detrek Brauninq klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, o, belə danışıb:
“Çox xoşbəxtəm. Bəli, məni MVP seçdilər, amma ən önəmlisi komandanın uğurudur. Azərbaycanın ən güclü komandası olduğumuzu sübut etdik. Çox istəyirdik ki, qalib gələk və kuboku qazanaq. Mən, Tayri Boykin və Kvinton Kempbell yanvarda komandaya qoşulduq. İlk oyunumuz kubokda “Lənkəran”a qarşı oldu. O zaman qarşımıza kuboku qazanmağı məqsəd qoyduq və iki ay sonra bunu bacardıq. Bu turniri qazanmaq üçün bir ailə olmaq lazımdır. Bu, komanda qələbəsidir. Bu qələbə bizi daha güclü etdi. Titul bizə çempionat oyunlarında da daha çox inam verəcək”.
Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında keçirilən Azərbaycan Kubokunun final matçında NTD "Gəncə"ni 81:72 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 31 Mart 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















