Icma.az
close
up
RU
Azərbaycanın ən təhlükəsiz şəhəri seysmoloq elə şey dedi ki… KONKRET

Azərbaycanın ən təhlükəsiz şəhəri seysmoloq elə şey dedi ki… KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra Boğaz sahilində yerləşən bir çox lüks malikanə satışa çıxarılıb. Türkiyə mediasının yaydığı məlumata əsasən, son iki həftə ərzində dəyəri milyardlarla lirə olan beş malikanə daşınmaz əmlak bazarına təqdim olunub.

KONKRET.az  xəbər verir ki, satışa çıxarılan malikanələrin əksəriyyəti 100-200 illik tarixi olan tikililərdir. Mütəxəssislər bildirirlər ki, bu bənzərsiz tarixi və estetik əhəmiyyətə malik binalar mövcud mühəndislik standartlarına və zəlzələyə davamlılıq meyarlarına uyğun deyil.

Azərbaycan da geoloji quruluşuna görə zəlzələ riski daşıyan ölkələrdən biri sayılır. Lakin ölkənin müxtəlif bölgələri arasında bu risk səviyyəsi fərqlənir. Zəlzələlərə qarşı ən təhlükəsiz bölgələr əsasən Aran düzənliyində və nisbətən stabilliyi ilə seçilən sahələrdə yerləşir.

Aran bölgəsində yerləşən Şirvan şəhəri zəlzələ riskinin ən az olduğu ərazilərdən biridir. Şəhərin torpaq quruluşu və geoloji strukturu onu ciddi seysmik fəsadlardan qoruyur. Tarix boyu burada dağıdıcı zəlzələ qeydə alınmayıb. Azərbaycanın mərkəzi hissəsində yerləşən Yevlax da seysmik risk baxımından sakit zonada yerləşir. Burada vaxtaşırı zəif təkanlar baş versə də, dağıdıcı zəlzələlər olmayıb.

Ən seysmik aktiv şəhərlərə gəldikdə isə Gəncə, Şamaxı, Lənkəran, Quba və Zaqatala kimi bölgələr tarix boyu güclü zəlzələlərə məruz qalıb və bu gün də potensial təhlükəli zonalar sayılır.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Bakıda əmlakların qiymətində fantastik artımlar müşahidə edilir: “Qiymətlər o qədər artıb ki, aztəminatlı və ya orta səviyyədə yaşayan şəxslərin mənzil alması mümkün deyil. Bu qiymətlər o qədər şişirdilib ki, hər hansı forsmajor hadisə baş verərsə, qiymətlərdə enmələr qaçılmaz olacaq. Azərbaycanda da zəlzələ olarsa, bu təsirsiz ötüşməyəcək”.

Seysmoloq Ənvər Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Bakıda evlərin zəlzələyə davamlılığı ilə heç bir təşkilat məşğul olmur: “Sadəcə olaraq, ümumi müxtəlif növ betonlardan nümunə götürülür, fövqəladə hallarla bağlı ümumi binanın davamlılığı ölçülür. Lakin başqa ölkələrdə, məsələn, konkret olaraq Yaponiya təcrübəsində həmin müvafiq ərazidə yerləşən binaları onların seysmik cədvəlinə əsasən yoxlayırlar. Tutaq ki, Bakıda 7 ballıq zəlzələ xarakterikdirsə, o zaman 8 balla davamlı bina tikilməlidir. Söhbət burada zəlzələnin episentrindən gedir. İkincisi, zəlzələnin nə qədər müddətə davam edə biləcəyi məsələsi var, bunu dünya təcrübəsində süni şərait yaradaraq yoxlayırlar və ondan sonra həmin ərazilərdəki evlərin zəlzələyə davamlılıq cədvəli hazırlanır.

Məlum olduğu kimi, Bakı şəhərində ən azı 570 min ev dövlətin qeydiyyatına əsasən ümumiyyətlə sənədləşdirilməyib. Əgər bu qədər ev sənədləşdirilməyibsə, onların zəlzələyə davamlılığını necə yoxlamaq olar? Bu sual mənim üçün mürəkkəbdir. Xüsusən də ətraf ərazilərdə bir-birinə yaxın gecəqondular da var, yaxşı tikilmiş villalar da var. Lakin onların zəlzələyə davamlılıq dərəcəsi, beton dirəklərin möhkəmliyi necə yoxlanılıb, kim yoxlayıb? Bundan heç kimin xəbəri yoxdur. Həmin evlər necə olacaq? Onlar Allahın ümidinə buraxılıb.

Məsələnin digər tərəfi isə odur ki, həmin binaların skeletləri ciddi təhlükə altındadır. Ola bilər ki, Bakıda elə bir zəlzələ olsun ki, 5-6 bal gücündə olsun, amma əgər vaxtı uzun çəksə belə, problem yaranacaq. Məsələn, orta güclü zəlzələdə əgər 1-1,5 dəqiqə davam etsə, artıq ciddi problemlər yaranacaq. Məsələn, xatırlayıram ki, 2000-ci ilin noyabrında baş verən zəlzələ cəmi 13 saniyə çəkdi, bu müddətdə o qədər də ciddi fəsadlar olmadı. Amma bəzi binalar var ki, sovet dövründən qalıb, onların zəlzələyə davamlılığı 7-9 bal arasındadır. 5,8 ballıq zəlzələdə bu binalarda o qədər də çatlar olmur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Aprel 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri