Icma.az
close
up
RU
Azərbaycanın ən yaşlı sakinləri bu rayonlarda yaşayır

Azərbaycanın ən yaşlı sakinləri bu rayonlarda yaşayır

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın demoqrafik mənzərəsi 2025-ci illərin statistik göstəricilərinə nəzər saldıqda ümumi əhali sayında və yaşlı əhalinin strukturunda dəyişiklik nəzərə çarpır.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Statistikaya əsasən, bu ilin əvvəlindən iyulun 1-dək ölkə əhalisinin sayı 16 min 833 nəfər və ya 0,2 faiz artaraq, 10 milyon 241 min 722 nəfərə çatıb. Əhalinin ümumi sayının 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Ümumi say baxımından yaşlıların çoxu Bakı və Abşeronda yaşayır, lakin nisbətən ən yaşlıların daha böyük payı Lerik, Yardımlı, Quba, Qax, Şahbuz və Zaqatala kimi dağlıq rayonlarda qeydə alınır. Bu, bir tərəfdən paytaxt və iri şəhərlərdə urbanizasiya və miqrasiya axınını, digər tərəfdən isə kənd və dağlıq ərazilərdə uzunömürlülük ənənəsinin davam etdiyini göstərir.

Ölkə əhalisinin ən uzunömürlü seqmenti olan 90 yaş və yuxarı (90+) yaş qrupu coğrafi və gender baxımından maraqlı bir paylanmaya malikdir. Ümumi 21424 nəfər təşkil edən bu yaş qrupunda uzunömürlülükdə qadınlar üstünlük təşkil edir.

Statisikaya əsasən, 90+ yaşlı kişilərin sayı 9 025 nəfərdir və bu ümumi qrupun 42,1%-ni təşkil edir. Qadınların sayı isə 12 399 nəfərdir ki, bu da ümumi 90+ əhalinin 57,9%-i deməkdir. Bölgələr üzrə məlumatlar göstərir ki, 90+ yaşlı əhalinin ən çox cəmləşdiyi ərazi Bakı şəhəridir. Burada 5 166 nəfər uzunömürlü yaşayır.

Qazax-Tovuz iqtisadi rayonunda 2 014 nəfər, Lənkəran bölgəsində 1 555 nəfər, Şəki-Zaqatala bölgəsində 1 379 nəfər, Mərkəzi Aran bölgəsində 1 268 nəfər, Mil-Muğan iqtisadi rayonunda isə 1 011 nəfər 90 və yuxarı yaşlı əhali qeydə alınıb. Cins nisbətinə görə rekord göstəricilər isə, əsasən Lənkəran, Qazax-Tovuz və Mil-Muğan kimi kənd təsərrüfatı bölgələrində qeydə alınıb. Bu, xüsusilə qadınların kənd həyat tərzinin faydalarından istifadə edərək daha uzun yaşadığını göstərir.

Ümumilikdə bu altı bölgədə 12 393 nəfər yaşayır ki, bu da ümumi 90+ əhalinin 57,8%-ni təşkil edir.

Gülbəniz Hüseynli / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri