Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Azərbaycanın ən yüksək nöqtəsində klip çəkən Dilarə Kazımovanın ə GENİŞ MÜSAHİBƏSİ

Azərbaycanın ən yüksək nöqtəsində klip çəkən Dilarə Kazımovanın ə GENİŞ MÜSAHİBƏSİ

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Günəş, yüngül meh, səssizlik, yalnız sən və dağlar”. 2014-cü ildə “Avroviziya”da Azərbaycanı təmsil etmiş tanınmış müğənni Dilarə Kazımova ölkəmizin ən yüksək zirvəsi - 4 466 metr hündürlüyü olan Bazardüzü dağında keçirdiyi unudulmaz anları məhz bu sözlərlə xatırlayır.

Sənətçi Bazardüzüyə “Zirvə” adlı klipinin çəkilişləri üçün qalxıb və dünyanın ilk müğənnisidir ki, öz ölkəsinin ən yüksək nöqtəsində klip çəkib.

Dilarə Kazımovanın ekspedisiyası 8-10 sentyabr tarixlərində baş tutub, o, zirvəyə qalxmaq üçün təxminən altı saatlıq piyada yol qət etməli olub. Müğənni üçün bu, ilk belə təcrübə idi, lakin Dilarə artıq bu sınağı təkrarlamağı planlaşdırır. Onun sözlərinə görə, bu səyahət insanı dəyişdirən, həm fiziki, həm də mənəvi baxımdan sınağa çəkən bir təcrübə olub.

İdman.Biz Dilarə Kazımova ilə həyata keçirdiyi bu qeyri-adi və olduqca maraqlı layihə barədə həmsöhbət olub.

- “Zirvə” mahnısı sizin üçün nə ifadə edir?

- Bilirsiniz, bu mahnı həm mənim, həm də onun üzərində çalışan bütün komanda üçün xüsusi mənaya malikdir. O, sadəcə motivasiyaedici deyil - mahnının əsas ideyası ondan ibarətdir ki, hər bir insanın öz yolu və öz zirvəsi var. Biz hər gün daha yaxşı olmağa çalışırıq, çətinliklərlə üzləşirik. Lakin öz gücümüzə inanmağı dayandıranda özümüzə əsas maneə elə özümüz oluruq.

Bir çox insanlar düşünür ki, heç vaxt məqsədlərinə çata bilməyəcəklər. Amma əslində biz nəyə qadir olduğumuzu çox zaman dərk etmirik. Bu mahnı öz zirvəsinə doğru irəliləyən, yorulan, yıxılan, amma yenidən qalxıb yoluna davam edən insanlar üçündür. Hansı məqsədlə getdiyin fərq etmir - istər ruhun, istər şüurun, istərsə də bədənin üzərində işləyirsən. Axı hər birimizin içində elə bir mübarizə gedir ki, onu yalnız biz özümüz bilirik. “Zirvə” insanın daxili “Mən”inə ünvanlanmış bir çağırışdır.

- Belə bir klip çəkmək ideyası sizə necə gəldi?

- “Zirvə” mahnısına klipi məhz Azərbaycanın ən yüksək nöqtəsində çəkmək təklifi mənə gecə saat üç radələrində “Foxytoxymedia” prodüser agentliyi tərəfindən gəldi. Biz məsələni araşdırdıq və məlum oldu ki, indiyə qədər heç bir sənətçi öz ölkəsinin ən yüksək nöqtəsində musiqi klipi çəkməyib. Bəzən müğənnilər zirvələrə helikopterlə qalxıblar, amma oraya piyada qalxaraq bütün prosesi lentə almaq - bu, hələ heç kimin etmədiyi bir şey idi. Onda düşündük ki, Azərbaycanın adından bunu ilk edən biz ola bilərik.

Bilirsiniz, mən bununla həqiqətən qürur duyuram. Bu ideyaya görə “Foxytoxymedia”ya minnətdaram. Düzünü desəm, özüm tək bunu ağlıma gətirməzdim. Amma çox xoşbəxtəm ki, biz bu fikri həyata keçirə bildik. Bu, bizim dördüncü ortaq layihəmiz idi - bundan əvvəl Castin Timberleykin mahnısına kover, həmçinin “Parla” və “Tez Gəl” kliplərini çəkmişdik. Hazırda da əməkdaşlığımız davam edir və məncə, olduqca uğurlu alınır.

- Zirvəyə qalxmaq prosesinə necə hazırlaşdınız?

- Hazırlıq təxminən ay yarım - iki ay çəkdi. Bizə “Red Bull” və “Vikings Hammer” komandasının idmançılar üçün təlim keçən üzvləri dəstək göstərdilər. Belə bir işdə uzun məsafələrə dözümlülük çox önəmlidir, halbuki gündəlik həyatda bu keyfiyyət nadir hallarda sınaqdan keçir. Mən hər zaman idmanla məşğul olmuşam, amma bu təcrübə tamam başqa idi.

Qalxış təxminən altı saat çəkdi. Əvvəlcə Xınalığa getdik, oradan bizi avtomobil bir qədər də yuxarı əraziyə apardı, həmin nöqtədən isə artıq rabitə əlaqə kəsildi. Təxminən iki saat yol getdik, daha sonra bir saat piyada hərəkət edərək düşərgəyə çatdıq. Bütün bu müddətdə sən tamamilə xarici dünyadan təcrid olunursan və artıq fikrindən dönmək kimi bir seçim yoxdur. Gecəni çadırlarda keçirdik, səhər saat 4:30-da qalxışa başladıq. Günorta saat birə qədər zirvəyə çatdıq.

Təbii ki, “komfort zona” çıxmaq lazım gəlir: çadırda yatırsan, soyuqda nəfəsindən buxar çıxır. Beyin isə durmadan deyir: “Niyə özünü bu vəziyyətə salırsan? Dön evinə, isti yerinə get.” Amma bir məqam gəlir ki, anlayırsan - əgər artıq buradasansa, sona qədər getməlisən.

- Sizi kim müşayiət edirdi?

- Bizimlə iki peşəkar idmançı, operator və ideyanı irəli sürən prodüserim vardı. Aramızda razılaşma belə idi: ya bunu birlikdə edirik, ya da mən bu layihəyə qoşulmuram.

- Qalxış zamanı çəkiliş texniki baxımdan necə keçdi?

- Bizim bir neçə kamera və obyektivimiz vardı, lakin yüksəkliyə qalxdıqca təzyiq o qədər azaldı ki, texnika işləməməyi başladı, kameralar öz-özünə sönürdü. Bununla bağlı çox narahat idik. Təsəvvür edin, o qədər yolu qət edib heç nə çəkə bilməmək! Bu, çox acı olardı. Ən pisi isə odur ki, heç kim bizə inanmazdı ki, həqiqətən zirvəyə çatmışıq (gülür).

Buna baxmayaraq, indi də elə insanlar var ki, Bazardüzüyə qalxdığımıza inanmır. Amma xoşbəxtlikdən bizdə hündürlükdən çəkilmiş kadrlar qalıb. Onlar açıq şəkildə sübut edir ki, bu, həqiqətən mümkündür.

Посмотреть эту публикацию в Instagram

Публикация от D I L A R A (@dilarakazimova)

- Deyirlər ki, dağa qalxış insanın daxili dünyasına da təsir edir...

- Bu, tamamilə doğrudur. Bilirsiniz, qalxış təkcə fiziki deyil, həm də mənəvi baxımdan çox çətin idi. Zirvəyə qalxdıqca daxilində bir çox dərk prosesi baş verir. Ən önəmlisi isə odur ki, sən yolda olanda heç nə haqqında düşünə bilmirsən - yalnız yolun özünü hiss edirsən. Bu isə inanılmaz bir hissdir. Günəş, yüngül meh, səssizlik, yalnız sən və dağlar... Bu hiss mənə də keçdi və əminəm ki, bu, son zirvə yürüşüm olmayacaq.

Dağlar insanın beynini inanılmaz dərəcədə boşaldır, özünə inamı artırır. Arxaya baxıb keçdiyin yolu gördükdə özünlə qürur duyursan. Anlayırsan ki, istənilən çətinliyi dəf edə bilərsən. Zirvəyə çatanda ağladığımı xatırlayıram. Sadəcə inana bilmirdim ki, biz bunu bacardıq...

Turizm təcrübəsi olan dostlarım məni xəbərdar etmişdilər ki, qayıdanda başqa bir insan olacağam. İndi sizinlə danışarkən boğazımda yenə bir düyün hiss edirəm, çünki onlar haqlı idilər. Belə anlar həqiqətən insanı dəyişdirir. Mən hələ də baş verənləri dərk etməyə çalışıram. Ona görə də hər kəsə belə bir təcrübəni ömründə ən az bir dəfə yaşamağı tövsiyə edirəm. Amma, əlbəttə, əvvəlcə sağlamlığınızın buna imkan verdiyinə əmin olun.

- Bazardüzü zirvəsini fəth etdiniz. Bəs şəxsi həyatınızda və karyeranızda hansı zirvələr sizi gözləyir?

- Zirvələr həmişə irəlidədir. Əgər düşünürəmsə ki, artıq ən yaxşısına çatmışam, bu, həm kədərli, həm darıxdırıcı, həm də, açığı, bir qədər bədbin fikirdir. Məncə, insanın daim irəliləməyə, həm daxildə, həm də xaricdə inkişaf etməyə məqsədi olmalıdır.

Əsas odur ki, hara getdiyini dəqiq biləsən və bu yolda əmin olasan. Çoxları səni bu yoldan döndərməyə çalışacaq, amma çox vaxt bunun səbəbi onların özlərinə inanmamalarıdır. Ola bilsin, heç vaxt bu cür hədəf qoymağa və ona çatmağa cəsarət etməyiblər. Belə insanlar səndə də tərəddüd yarada bilər. Ona görə də yalnız özünə inanmaq lazımdır.

- Sonda “Unformal” qrupunun yenidən bir araya gəlməsi barədə soruşmasam olmaz. Bu necə baş verdi?

- Əslində “Unformal”ın konserti uzun müddət əlçatmaz bir arzu kimi görünürdü. Biz dörd müxtəlif ölkədə yaşayırıq - Böyük Britaniya, ABŞ, Rusiya və Azərbaycan. Amma bu hadisə naminə yenidən birləşməyə qərar verdik.

Konsert 22 noyabrda baş tutacaq. O, iki hissədən ibarət olacaq - “Unformal”ın erkən və sonrakı yaradıcılıq dövrlərindən. Biz istəyirik ki, həmin günü bizimlə dostlarımız, pərəstişkarlarımız və “Unformal”ı sevən, o dövrləri xatırlayan hər kəs paylaşsın. Xüsusilə 90-cı illərin ruhunu, “Sonsuz Yol” və digər mahnılarımızı sevənləri səbirsizliklə gözləyirik.

- Pərəstişkarlar “Unformal”ın yenidən yaradıcılığa qayıdışını gözləyə bilərmi?

- Hələlik söhbət yalnız konsertdən gedir. Allah qoysa, davamı da gələr, amma biz qabaqcadan heç nə demirik.

Leyla Eminova

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see307

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see188

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see167

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see160

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see149

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see143

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see139

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see135

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see126

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see122

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see122

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see121

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see120

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri