Icma.az
close
up
RU
Azərbaycanın enerji modeli böhranlar dövründə dayanıqlılıq nümunəsidir ŞƏRH

Azərbaycanın enerji modeli böhranlar dövründə dayanıqlılıq nümunəsidir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 iyun, AZƏRTAC

Ölkəmizdə keçirilmiş "Bakı Enerji Həftəsi" ənənəvi neft-qaz və enerji bazarları mövzusunu aşaraq, regionun və bütövlükdə Avrasiyanın yeni enerji arxitekturasının formalaşdırılmasına yönəlmiş strateji xarakter daşıyıb. Tədbirin builki açılışında Prezident İlham Əliyevin nitqinin siyasi leytmotivi kifayət qədər aydın idi: təbii resurslar özü-özlüyündə nə lənət, nə də imtiyazdır. Burada həlledici məqam dövlətin bu resursları suverenlik, təhlükəsizlik və strateji dayanıqlıq alətinə çevirmək bacarığıdır. Dövlət başçısı faktiki olaraq müasir dövlətçiliyin özünəməxsus formulunu təqdim edib. Onun şərhində neft və qaz sadəcə ixrac əmtəəsi və ya gəlir mənbəyi deyil; bu resurslar siyasi müstəqilliyin, hərbi dözümlülüyün, diplomatik nüfuzun və beynəlxalq subyektliyin təməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O xatırladıb ki, 1990-cı illərin əvvəllərində – ölkənin iqtisadi tənəzzül və siyasi qeyri-sabitlik içində olduğu, torpaqlarının bir hissəsinin işğala məruz qaldığı həmin dövrdə təbii resurslar müstəqilliyi qoruyub saxlamaq üçün yeganə şansa çevrilmişdi. Bu, enerji siyasətini milli mövcudluq müstəvisinə yüksəltmişdi. Dövlətimizin başçısı da ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində qazanılan uğurları məhz resursların düzgün idarə olunması ilə əlaqələndirib. Onun fikrincə, ordunun maliyyələşməsi təmin edilməsəydi, torpaqlar hələ də işğal altında qala bilərdi. Beləliklə, resursların düzgün istifadəsi Azərbaycanın sosial, iqtisadi, hərbi və xarici siyasət sahələrində mühüm üstünlüklər qazanmasını şərtləndirib.

“Çıxışda diqqətçəkən digər mühüm məqam neft-qaz ölkələrinə kənardan sırınan mənfi mənəvi qiymətləndirmələrin rədd edilməsidir. Dövlətimizin başçısı karbohidrogen hasilatının siyasi baxımdan "toksik" qəbul olunmasına yönəlmiş qlobal tendensiyalara qarşı kəskin mövqe nümayiş etdirib. Bu xüsusda, ABŞ Prezidenti Donald Trumpın fəaliyyətinə istinad edərək, onun enerji siyasətini daha praqmatik məcraya qaytarmasını və bəzi iri neft şirkətlərinin süni trendlərə uyğunlaşmaq üçün adlarını dəyişdiyi bir vaxtda dünyanın qalıq yanacaqsız mövcud ola bilməyəcəyi həqiqətini ortaya qoyduğunu təqdir edib.

Burada söhbət dünya siyasətində praqmatik yanaşmanın dəstəklənməsindən gedir. İdeolojiləşdirilmiş iqlim ritorikasına qarşı enerji realizmi konsepsiyası irəli sürülür: dünyanın hələ də neft və qaza ehtiyacı var, deməli, bu resurslara sahib olan dövlətlər siyasi təzyiqlərə məruz qalmamalıdır. Bununla belə, Azərbaycan özünü "yaşıl" enerjinin rəqibi kimi təqdim etmir. Əksinə, Prezident bərpaolunan enerji mənbələrinə qoyulan investisiyaları, Günəş və külək layihələrini, transregional enerji kabellərinin çəkilişini və "yaşıl" elektrik enerjisinin ixracını mütəmadi olaraq diqqət mərkəzində saxlayır. Lakin burada da xarakterik praqmatizm özünü göstərir: planetin xilası və ekoloji mühitin yaxşılaşdırılması naminə populist ideyalara qapılıb ənənəvi enerji mənbələrinin üstündən xətt çəkmək yolverilməzdir. Dövlət başçısı gələcəyi planlaşdırarkən enerji təhlükəsizliyini əsas götürməyi və bərpaolunan enerjiyə investisiya qoyarkən realizmə söykənməyi yeganə doğru yol hesab edir”, - deyə K.Bayramov əlavə edib.

Regionları, bazarları, siyasi məkanları əlaqələndirən əsas güc mərkəzi

Deputatın fikrincə, çıxışın geosiyasi aspekti xüsusi diqqətə layiqdir. Belə ki, ölkə başçısı Azərbaycanı ardıcıl olaraq nəhəng Avrasiya məkanının mərkəzi qovşağı kimi təqdim edir: Cənub Qaz Dəhlizi (TANAP və TAP qolları daxil olmaqla), Avropaya karbohidrogen tədarükü, Qara Dəniz Enerji Kabeli layihəsi, Şərq-Qərb nəqliyyat marşrutları və Zəngəzur dəhlizi vahid bir arxitekturada birləşərək Azərbaycanı regionları, bazarları, həmçinin siyasi məkanları əlaqələndirən əsas güc mərkəzi kimi nümayiş etdirir.

“Söhbət təsir imkanlarının yeni formasından gedir. Əgər regional rol keçmişdə yalnız hərbi güc və ya iqtisadiyyatın həcmi ilə ölçülürdüsə, indi Bakı infrastruktur baxımından əvəzolunmaz amilə çevrilir. Azərbaycan faktiki olaraq öz statusunu elə bir səviyyəyə yüksəldib ki, onsuz nə Avropanın enerji təhlükəsizliyini, nə də Asiya ilə Qərb arasındakı tranziti tam təmin etmək mümkündür. Bütövlükdə, ölkə rəhbərinin çıxışı böhranlar dövründə Azərbaycanın inkişaf modelinin dünyaya təqdimatı kimi qiymətləndirilə bilər. Bu modelin əsas elementləri kifayət qədər aydındır: milli maraqlar xarici təzyiqlərdən üstün tutulmalı, resurslar dövlətin güclənməsinə xidmət etməli, energetika birbaşa təhlükəsizliklə əlaqələndirilməli, beynəlxalq əməkdaşlıq isə qarşılıqlı mənfəət və infrastruktur asılılığı üzərində qurulmalıdır. Yekun olaraq qeyd etmək olar ki, bu çıxış təkcə neft və qaz haqqında deyil, daha çox Azərbaycanın qlobal enerji arxitekturasındakı yeri, eləcə də yeni dünya nizamındakı strateji mövqeyi və dayanıqlığı haqqında idi”, - deyə o fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri