Azərbaycanın Ermənistandan gözləntiləri Kaya Kallasın diqqətinə çatdırılıb
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ümumi coğrafiyada təhlükəsizlik mühiti, baş verən münaqişələr, onun region ölkələrinə təsirləri və bir sıra digər məsələləri müzakirə etmək imkanımız oldu.
Sherg.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Cənubi Qafqaz barədə Kaya Kallasa məlumat verib: “Ermənistanla Azərbaycan arasında son vəziyyət barədə xanım həmkarımı məlumatlandırdım. Bu ilin mart ayında sülh sazişinin layihəsinin mətni üzrə danışıqların yekunlaşdırılması barədə məlumat verdim. Azərbaycanın Ermənistandan gözləntiləri bir daha detallı şəkildə izah edildi. Aİ–dən olan həmkarlar Azərbaycanın mövqeyini yaxşı bilirlər. Bu, yeni mövqe deyil, 2 ildir masa üstündədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 25 Aprel 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















