Icma.az
close
up
RU
Azərbaycanın əsas hədəfi bölgədə davamlı sülhün təmin olunmasıdır ŞƏRH

Azərbaycanın əsas hədəfi bölgədə davamlı sülhün təmin olunmasıdır ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində sülh və əməkdaşlıqla bağlı mesajlar daha geniş yer alıb. Azərbaycanın yaratdığı yeni reallıqlar Asiyadan Avropaya qədər böyük bir coğrafiyada əməkdaşlıq üçün yeni imkanlar yaradır: “Bu baxımdan Zəngəzur dəhlizin açılması ancaq Naxçıvanla quru əlaqənin yaradılması deyil, həm də Ermənistana tranzit ölkə olmaq imkanını qazandırmaqla yanaşı, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin genişləndirilməsinə böyük imkanlar yaradacaqdır. Sülhə gedən yolun sonuna çatmaq asan və rəvan olmayıb. Dövlət başçısının qeyd etdiyi kimi 30 il əvvəl Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal edərək səkkiz milyon nəfər əhalisinin bir milyonunu evindən didərgin salan Ermənistan üzərində tarixi Zəfər qazandıqdan və öz ərazi bütövlüyünü tam təmin etdikdən sonra Azərbaycanın sülh üçün aramsız səyləri olub. Sülh prosesində boşluqlara rəğmən, Azərbaycanın israrlı təkidləri sayəsində rəsmi İrəvan sonda masaya oturaraq Vaşinqtonda tarixi sazişə imza atdı. Ermənistanla sülh sazişinin formal olaraq hələ imzalanmamasının əsas səbəbinə gəlincə Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar hələ də qüvvədədir. Cənab Prezident dəfələrlə bəyan edib ki, bu kimi iddiaların aradan qaldırılması, yəni Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların çıxarılması sülh müqaviləsinin imzalanması üçün əsas şərtdir. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan mövqeyini həm siyasi, həm də praktiki planda təsdiq etdi. Bu mərhələdən sonra Azərbaycanın əsas hədəfi bölgədə davamlı sülhün təmin olunmasıdır. Sülh müqaviləsinin imzalanması təkcə iki dövlətin münasibətlərini normallaşdırmaq deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi deməkdir.

Azər Ağayev

YAP Tərtər rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri