Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Azərbaycanın gələcəyinə əsaslı sərmayə: xaricdə təhsil üzrə Dövlət Proqramı

Azərbaycanın gələcəyinə əsaslı sərmayə: xaricdə təhsil üzrə Dövlət Proqramı

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Son illərdə ölkədə gənclərin xaricdə təhsil alması dövlət siyasətində prioritetlərdən birinə çevrilib. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində ali təhsilini uğurla başa vurmuş Nigar Fətəlova orta və bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini isə Böyük Britaniyada bitirib: "2018-ci ildə "Zəkalar" liseyini fərqlənmə ilə başa vuraraq məzunu olmuşam. Məktəb təhsilindən sonra 600-dən yüksək bal toplayaraq Azərbaycan Dillər Universitetinə qəbul olunmuşam. Universitetdə daxili imtahan verərək Böyük Britaniyanın Essex Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramında, Essex qrupunda təhsil almağa başladım. Daha sonra SABAH qruplarının seçim mərhələlərindən uğurla keçərək bu proqramda təhsilimi davam etdirdim və bakalavr səviyyəsini yüksək ortalama və fərqlənmə diplomu ilə tamamladım. Bakalavr dövründə müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak etmişəm. "Erasmus+" proqramı çərçivəsində beynəlxalq təlim kurslarında iştirak etmiş, ATGTİ, AIESEC, UEFA, "Formula 1" və digər yerli və beynəlxalq platformalarda aktiv fəaliyyət göstərmişəm. Bu fəaliyyətlər mənə qlobal düşüncə, komanda işi və liderlik bacarıqları qazandırmaqla yanaşı, fərqli mədəniyyətlərlə işləmək və sosial təsir yaratmaq imkanları da təqdim edib. "2023-cü ildə "2022-2028 Dövlət Proqramı" çərçivəsində tam təqaüd qazanaraq Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Bristol Universitetində "Neuroscience and Education" ixtisası üzrə magistr təhsili almaq imkanı qazandım. Bu yaxınlarda təhsilimi uğurla tamamlayaraq ölkəyə qayıtmışam və qazandığım bilikləri həm təhsil sahəsində, həm də müxtəlif sosial və akademik təşəbbüslərdə tətbiq etməyi qarşıma məqsəd qoymuşam".

Onun sözlərinə görə, gənclərin xaricdə təhsil almağa can atması olduqca müsbət bir haldır. Bu, həm onların fərdi inkişafına, həm də ölkəmizin elmi və peşəkar potensialının artmasına mühüm təsir göstərir. Xaricdə təhsil təkcə akademik bilik qazanmaq deyil, həm də fərqli mədəniyyətlərlə tanış olmaq, dünyagörüşünü genişləndirmək və beynəlxalq şəbəkələr qurmaq imkanı yaradır. Gənclərin bu istiqamətdə fəallığı onların dəyişən dünyaya adaptasiya ola bilmə qabiliyyətini və inkişaf istəklərini göstərir. "2022-2028 Dövlət Proqramı" isə bu arzuları gerçəyə çevirmək üçün çox ciddi bir dayaqdır: "Bu proqram mənim üçün də həyatımda dönüş nöqtəsi oldu. Proqram sayəsində dünyanın ən nüfuzlu universitetlərindən birində tam təqaüdlə təhsil almaq imkanım oldu. Bu təhsil təkcə bilik qazandırmadı, həm də özümə və ölkəmdə yaradacağım təsirə olan inamımı gücləndirdi. Dövlət Proqramı çərçivəsində həm akademik mühitə daxil oldum, həm də beynəlxalq səviyyədə tanınan mütəxəssislərlə əməkdaşlıq etmə, onların dərslərini yaxından izləmə və tədqiqatlarda iştirak etmək şansı qazandım. Bu təcrübə mənə göstərdi ki, ölkəmizdə istedadlı və məqsədli gənclərə həqiqətən də dəyər verilir və onların inkişafı üçün real addımlar atılır. Mən də bu etimadı doğrultmağa və qazandığım bilikləri ölkə təhsilinin inkişafına yönəltməyə çalışıram".

O qeyd edib ki, xaricdə təhsil onun üçün hələ uşaq yaşlarımdan maraq doğurmağa başlayıb: "İbtidai sinifdə oxuduğum dövrdə müəllim olan qonşumuz məktəbdəki uğurlarımı görərək valideynimə "Dünyanın ən yaxşı TOP 100 universiteti" adlı bir kitab vermişdi və demişdi ki, "Nigar yaxşı oxuyur, ola bilər ki, gələcəkdə bu universitetlərdən birində təhsil alsın". Anam da həmin kitabı mənə verdi və oxumağımı tövsiyə etdi. Bu kitab mənim üçün yeni bir pəncərə açdı. O yaşda xaricdə təhsil, top universitetlər haqqında anlayışım çox məhdud idi və xaricdə təhsil çox uzaq və bir qədər əlçatmaz görünürdü. Düşünməzdim ki, bir gün o universitetlərin birindən məzun ola bilərəm. Amma kitabın vərəqlərinə baxıb xəyallar qurmaq mənə inanılmaz xoş gəlirdi. Hər səhifədə yeni bir ölkə, fərqli bir kampus, başqa bir mədəniyyət vardı, sanki mən artıq oradaydım. Həmin xəyallar zamanla konkret məqsədə çevrildi, sonra isə bu məqsəd üçün ardıcıl çalışmaqla reallığa. Vaxt keçdikcə fərqli təhsil modellərini tanımaq, daha dərin elmi yanaşmalar öyrənmək istəyi məndə daha da gücləndi. Xaricdə təhsil mənim üçün təkcə diplom almaq yox, həm də öz potensialımı daha yaxşı anlamaq, fərqli yanaşmaları kəşf etmək və cəmiyyətimiz üçün daha faydalı olmaq baxımından böyük bir fürsət idi. Xaricdə təhsil üçün müraciət etdiyim dövrdə bir neçə yüksək reytinqli universitetdən qəbul almışdım. Lakin seçimim heç də təsadüfi deyildi. Bristol Universitetini seçməyim bir neçə mühüm səbəblə bağlı idi. İlk növbədə, mənim üçün maraqlı olan "Neuroscience and Education" sahəsi bu universitetdə kifayət qədər güclü inkişaf edib və bu sahədə çalışan aparıcı tədqiqatçılardan bəziləri məhz Bristolda dərs deyirlər. Araşdırmalarım zamanı onların elmi işləri ilə tanış oldum və bu, məndə həmin sahədə "işin əsl mütəxəssislərindən" öyrənmək istəyini daha da gücləndirdi. Universitetin təqdim etdiyi imkanlar da seçimimdə mühüm rol oynadı. Proqram təkcə nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar qazandıran dərslərlə zəngin idi. Kurs boyu real təhsil mühitlərində tətbiq olunan neyroelmi bilikləri öyrənmək imkanı yarandı və bu, mənim üçün çox dəyərli bir təcrübə oldu. Digər tərəfdən, Bristol şəhərinin özü də qərarımda mühüm rol oynadı. Bura İngiltərənin ən inkişaf etmiş sənaye və elm şəhərlərindən biridir. Həm yerli, həm də beynəlxalq tələbələr üçün açıq, inklüziv və multikultural mühitə malikdir. Bu da mənə müxtəlif ölkələrdən olan tələbələrlə bir araya gələrək zəngin qarşılıqlı öyrənmə mühiti yaşamaq imkanı verdi".

Onun dediyinə görə, "Neuroscience and Education" ixtisası mənim üçün çox xüsusi və maraqlı bir sahədir, çünki təhsil və beyin arasındakı əlaqələri araşdırmaq, tədris metodlarını daha effektiv etmək və öyrənmə proseslərini daha yaxşı başa düşmək üçün böyük potensiala sahibdir. İnsan beyninin öyrənmə qabiliyyətləri, yaddaşın işləmə prinsipləri, beyin inkişafı və təhsil mühitlərində bu proseslərin necə tətbiq edildiyini anlamaq mənim karyera məqsədlərim üçün çox vacibdir. Əsas maraq səbəbi həmçinin təhsilin inkişafı, xüsusi ilə də tədrisin daha inklüziv və individual yanaşma ilə həyata  keçirilməsi məsələsidir: "Təhsil hər bir insan üçün fərqlidir və bu sahənin beyin tədqiqatları ilə birləşdirilməsi tədrisin daha fərdi və təsirli şəkildə inkişaf etməsinə şərait yaradır. Mənim məqsədim, bu ixtisas sahəsində əldə etdiyim bilikləri praktikada tətbiq edərək, təhsil sahəsindəki məsələlərə daha elmi yanaşmalar gətirməkdir. Ayrıca, beyin və öyrənmə arasındakı əlaqəni öyrənmək, mənim üçün həm şəxsi, həm də peşəkar inkişaf baxımından çox dəyərli oldu. İxtisasım sayəsində əldə etdiyim biliklər mənə tədris metodlarının necə optimallaşdırılacağını, şagirdlərin öyrənmə proseslərini necə daha yaxşı başa düşəcəyimi və təhsildəki mövcud problemlərə yeni yanaşmalar təklif etməyi öyrətdi. Neyroelm və təhsil bir-biri ilə çox sıx əlaqəlidir, çünki beyin funksiyalarının öyrənmə və təhsil üzərindəki təsiri dərindən anlaşılarsa, tədris proseslərini daha effektiv şəkildə tərtib etmək mümkündür. Bu, təhsil mühitində fərdi fərqlilikləri anlamağa və hər bir tələbənin potensialını daha yaxşı şəkildə inkişaf etdirməyə imkan yaradır. Neyroelm və təhsil arasındakı əlaqənin əsas nöqtəsi, öyrənmə və yaddaşın beyin tərəfindən necə işlənməsi, hansı şəraitdə daha yaxşı nəticələr əldə olunduğu və müxtəlif mühitlərin bu proseslərə necə təsir etdiyi ilə bağlıdır. Məsələn, neyroelmi araşdırmalar göstərir ki, öyrənməyə ən yaxşı təsir edən faktorlar arasında emosional vəziyyət, sosial mühit və motivasiya kimi elementlər mövcuddur. Bu faktları nəzərə alaraq, müəllimlər və təhsil siyasətçiləri daha fərdi və məqsədyönlü tədris metodlarını inkişaf etdirə bilərlər. Hazırda bu sahə xüsusilə prioritet təşkil edir, çünki təhsil sahəsindəki inkişaflar və elmi araşdırmalar beynin öyrənmə ilə əlaqədar fəaliyyətlərini daha dərindən izah etməyə başlayıb. Beynin strukturu və funksiyaları haqqında daha çox məlumat əldə etmək, təhsil sistemlərinin optimallaşdırılmasına və daha inklüziv təhsil yanaşmalarının tətbiqinə imkan verir".

O deyib ki, DP məzunu olaraq, mənim üçün əsas prioritet bu bilikləri Azərbaycan təhsil sistemində tətbiq etməkdir. Neyroelm və təhsil sahəsindəki tədqiqatlar, öyrənmənin necə baş verdiyini və bu proseslərin fərdi tələbələrə necə uyğunlaşdırıla biləcəyini anlamağa kömək edir: "Mənim məqsədim, bu sahədə qazandığım bilikləri təhsil proqramlarının inkişafında və tədris metodlarının təkmilləşdirilməsində tətbiq etməkdir. Birinci növbədə, təhsil sahəsindəki müəllimlərə neyroelmə əsaslanan tədris metodlarını öyrətməyi planlaşdırıram. Eyni zamanda, müasir təhsil texnologiyalarının, xüsusən də rəqəmsal vasitələrin tədrisə inteqrasiyası ilə əlaqədar layihələrdə bu biliklərdən istifadə edərək, daha effektiv və maraqlı tədris yanaşmalarını təşviq etmək istərdim. Bir neçə təhsil müəssisəsi ilə əməkdaşlıq qurmaq, müəllimlərə neyroelmə əsaslanan təlimlər təşkil etmək və fərqli öyrənmə üsullarını tətbiq edən proqramlar hazırlamaq, mənim üçün əhəmiyyətli addımlar olacaq. Bu, həm də gənclərin potensialını daha yaxşı inkişaf etdirmək və onların təhsil prosesində daha uğurlu olmalarını təmin etmək məqsədinə xidmət edə bilər. Neyroelm və təhsilin kəsişmə nöqtələri, öyrənmə proseslərinin beyində necə baş verdiyini anlamaqda və bu anlayışları təhsil metodlarına tətbiq etməkdədir. Hər bir tələbə fərqli şəkildə öyrənir və onların beyinləri müxtəlif yollarla yeni məlumatları işləyir. Bu sahənin kəsişməsi, təhsil sistemində fərdi yanaşmaları tətbiq etməyə imkan verir. Hər bir tələbənin fərdi ehtiyaclarına uyğun tədris metodları və strategiyalar hazırlanaraq, onların təhsil həyatını daha səmərəli və faydalı etmək mümkündür. Neyroelm sahəsi, beyin və öyrənmə ilə bağlı araşdırmalarla təhsilin təkmilləşdirilməsi arasında bir körpü rolunu oynayır. Məsələn, öyrənmənin necə baş verdiyini başa düşmək, müəllimlərə müxtəlif öyrənmə üsullarını tətbiq etmək və müxtəlif təhsil ehtiyaclarını qarşılayan materiallar yaratmaq imkanı verir. Eyni zamanda, neyroelm təhsildəki bir çox problemin həllində də mühüm rol oynaya bilər. Məsələn, diqqət çatışmazlığı və yaddaş problemləri yaşayan tələbələrə fərdi tədris yanaşmaları və xüsusi proqramlar vasitəsilə dəstək verə bilərik. Bundan əlavə, neyroelm sahəsindəki biliklər təhsil siyasətində də yeniliklərə səbəb ola bilər. Məsələn, təhsil proqramlarının beynin inkişafına əsaslanaraq tərtib edilməsi, daha məhsuldar öyrənmə mühiti yaradılmasına kömək edə bilər. Tədrisin strukturunun və metodlarının beynin müxtəlif yaş dövrlərində necə işlədiyini başa düşərək, təhsil sistemindəki problemləri daha düzgün şəkildə təhlil edib həll etmək mümkündür".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 09 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri