Icma.az
close
up
RU
Azərbaycanın gələn il pul siyasəti necə tənzimlənəcək? Mərkəzi Bank açıqladı

Azərbaycanın gələn il pul siyasəti necə tənzimlənəcək? Mərkəzi Bank açıqladı

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 2026-cı il üzrə pul siyasətinin məqsədi və çərçivəsi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Gələn il Azərbaycanda pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq.

Məlumata görə, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsinin hesabladığı istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.

AMB bəyan edib ki, inflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Bu, ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır.

AMB 2026-cı ildə illik inflyasiyanın 5,7 % olacağını gözləyir ki, bu da hədəf diapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə, əsasən, bu diapazonda qalacağını göstərir.

Gələn il də AMB inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını hər rüb yeniləyəcək. Eyni zamanda, əhali və müəssisələr arasında keçirilən sorğular əsasında ev təsərrüfatlarının və biznes subyektlərinin inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcək.

AMB növbəti ildə də pul siyasətinə dair qərarlar verərkən ölkə iqtisadiyyatına və inflyasiyaya təsir göstərə biləcək daxili və xarici amilləri, habelə riskləri hərtərəfli qiymətləndirəcək. Ümumilikdə, son illərdə inflyasiyanın risk balansında xarici amillərin payı əhəmiyyətli artıb. Ortamüddətli dövrdə bu amillərin payının yüksək olaraq qalacağı gözlənilir. Geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaq. Daxili risk faktorları isə, əsasən, təklif – xərc amilləri hesabına formalaşmaqdadır. Ortamüddətli dövr üzrə konservativ makrofiskal çərçivə və kredit qoyuluşları üzrə gözlənilən artım templəri məcmu tələbin izafi artımı riskini azaldır.

AMB daxili və xarici qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi proqnozları baza ssenari ilə yanaşı, alternativ ssenarilər üzrə hazırlanması təcrübəsini davam etdirəcək. Bu da inflyasiya risklərinin reallaşdığı təqdirdə, çevik siyasət reaksiyasını təmin edəcək.

Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Proqnozlara görə, növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək. Baza ssenari üzrə proqnozlara görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 milyard ABŞ dolları səviyyəsində olmaqla, ÜDM-in 3,7 %-i səviyyəsində gözlənilir. AMB növbəti ildə də özünün valyuta ehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılmasını və onun idarə edilməsinin təkmilləşdirilməsini diqqətdə saxlayacaq.

Pul siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. Alətlərin istifadəsi pul siyasətindən kənar amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edəcək.

AMB təhlil və proqnozlaşdırma potensialının artırılması gələn il də diqqətdə saxlanılacaq. Proqnozlaşdırma və siyasət təhlili sistemi çərçivəsində model aparatı qabaqcıl beynəlxalq təcrübələr əsasında mütəmadi təkmilləşdiriləcək, tədqiqatların əhatə dairəsi və analitik dərinliyi artırılacaq. Pul siyasəti qərarlarının qəbulunda nəzəri əsaslara söykənən və ekonometrik baxımdan adekvat model nəticələrindən istifadə artırılacaq. Böyük verilənlərin daha səmərəli təhlili, maşın öyrənməsi yanaşmalarının tətbiqinin genişləndirilməsi AMB-nin prioritet istiqamətlərindən biri olacaq.

İqtisadi subyektlərin gözlənti və davranışlarına təsir etmək üçün pul siyasətinin effektiv kommunikasiyası növbəti ildə də diqqət mərkəzində olacaq. Kommunikasiya fəaliyyətləri makroiqtisadi sabitliyin gücləndirilməsinə, hesabatlılığın artırılmasına, pul siyasətinin ictimaiyyət tərəfindən daha yaxşı anlaşılmasına, AMB-yə inamın möhkəmləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edəcək. Kommunikasiyada başlıca hədəf qrupları maliyyə bazarı iştirakçıları, media, akademik dairələr, iqtisadçı ekspertlər, sahibkarlar, hökumət və geniş ictimaiyyət olacaq. 2026-cı ildə öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq AMB-nin siyasət qərarlarına dair press-relizləri dərc ediləcək və müntəzəm mətbuat konfransları keçiriləcək. Rüblük əsasda analitik icmalların açıqlanması davam etdiriləcək. İctimaiyyətin məlumatlılığının və maliyyə savadlılığının artırılması istiqamətində sosial media platformalarında pul siyasətinin işləmə mexanizmini və tətbiq olunan alətləri izah edən qısa açıqlamalar paylaşılacaq.

AMB makroiqtisadi proqnozlarını və faiz dərəcələri üzrə qərarlarını formalaşdırarkən planlaşdırılan fiskal siyasət parametrlərini nəzərə alacaq. İqtisadi Şura qarşıdakı ildə də təşkilatlararası makroiqtisadi koordinasiyanın təmin edilməsində əsas və vacib rol oynayacaq.

Pul siyasətinin AMB-nin digər fəaliyyət istiqamətləri, xüsusən makroprudensial siyasətlə uzlaşdırılması davam etdiriləcək. Bu uzlaşdırma qurumun daxili kollegial orqanları, o cümlədən Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi vasitəsilə həyata keçiriləcək. Ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, nağdsız ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə və maliyyə sisteminin dayanıqlılığına müsbət təsir edən amillər olacaq.

İqlim dəyişikliklərinin makroiqtisadi təsirləri və "yaşıl maliyyə təşəbbüsləri"nin dəstəklənməsi məsələləri diqqətdə saxlanılacaq. İqlim dəyişikliklərinin inflyasiya dinamikasına, iqtisadi artıma və maliyyə sektoruna birbaşa və dolayı təsirləri üzrə qiymətləndirmələr davam etdiriləcək.

AMB-nin rəqəmsal valyutasının tətbiqi üzrə siyasət məqsədlərinin müəyyən edilməsi, müvafiq yol xəritəsinin hazırlanması üzərində işlər davam etdiriləcək. Bu işlərə prioritet istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, potensial risk və faydaların qiymətləndirilməsi, eləcə də maliyyə sektoru üzrə daha geniş strategiyaya uyğunlaşdırılmış mərhələli tətbiq planının hazırlanması daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Dekabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri