Azərbaycanın gizli xəzinəsi: Şamaxıdakı Yeddi günbəz türbələr kompleksi
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Şamaxı, 11 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şamaxıdakı Yeddi günbəz türbələr kompleksi.
Kompleks Azərbaycan memarlığının XIX əsrə aid nadir nümunələrindəndir. Yeddi günbəz sadəcə daşdan inşa edilmiş məzarlar toplusu deyil, eyni zamanda, Şirvan xanı Mustafa xanın ailəsinə və nəslinə aid tarix kitabəsidir. Kompleksə daxil olan yeddi türbə 1816-1865-ci illərdə tikilib. Türbələr Azərbaycan memarlıq ənənələrinə uyğun olaraq səkkizbucaqlı formada, yonulmuş daşlardan inşa edilib.
Buradakı türbələrdə Mustafa xanın anası Bibixanım bəyimin, xanın həyat yoldaşları Asiya bəyim və Xan Bikənin, oğlu Azad xanın adları qeyd olunub. Türbələrdən birinin üzərində isə usta Tağının adı əbədiləşdirilib. Bu, həmin dövrdə memarlıq sənətinə və sənətkarlara göstərilən yüksək hörmətin bariz nümunəsidir.
Yeddi günbəz türbələr kompleksi həm memarlıq, həm də tarixi baxımdan böyük maraq doğurur. Bura təkcə tarixçilər üçün deyil, həm də Şamaxının qədim irsini yaxından tanımaq istəyən turistlər üçün maraqlı ziyarət yeridir.
Baxış sayı:61
Bu xəbər 11 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















