Azərbaycanın güləş hakimi ən yüksək kateqoriyaya yiyələnib
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın güləş hakimi Bəşir İsazadə ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yiyələnib.
Apasport.az xəbər verir ki, bu il U-23 Avropa çempionatında, U-20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan lənkəranlı referi Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldub. Bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanırlar.
Daha 2 referi isə beynəlxalq kateqoriyalı ədalət təmsilçiləri sırasına qoşulub. Oktyabrın 7-12-də Macarıstanın Tatabanya şəhərində təşkil edilən veteranların dünya çempionatında iş başında olan və imtahandan keçən Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) UWW-nin qərarı ilə III dərəcəli beynəlxalq hakim statusuna yiyələniblər.
Bununla da Azərbaycanın beynəlxalq hakimlərinin sayı 25-ə çatıb.
Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub İslam Oyunları: İki güləşçimiz finalda - FOTO İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















