Icma.az
close
up
RU
Azərbaycanın hakimiyyət orqanları ilə dialoqun tərəfdarıyıq

Azərbaycanın hakimiyyət orqanları ilə dialoqun tərəfdarıyıq

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

AŞPA-nın qış sessiyası çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden çıxış edib.

SİA xəbər verir ki, Baş nazir çıxışından sonra avropalı parlamentarilərin suallarını cavablandırıb.

Norveçli parlamentari İ.Şi Şu Lüksemburqun Baş nazirinə provokativ sualla müraciət edərək, Nazirlər Komitəsinin sədri qismində Lüksemburqun Azərbaycanı dialoqa təşviq üçün nə etdiyini soruşub.

Baş nazir Lyuk Friden ölkəsinin önəm verdiyi dəyərləri xatırladaraq bildirib ki, bir neçə ay əvvəl Azərbaycan Prezidenti ilə görüşüb. Elə həmin gün o, Ermənistanın baş naziri ilə də görüşdüyünü bildirib. Qeyd edib ki, bu iki ölkənin sülh şəraitində yanaşı yaşaması, eləcə də ölkələrin daxilində əhalinin dinc yanaşı yaşaması Avropa Şurasındakı bütün prinsiplərə uyğun olaraq, tam hörmətlə həyata keçirilməlidir.

Azərbaycanın müstəqillik əldə etdikdən sonra Avropa Şurası ilə birgə əməkdaşlıq şəraitində bir sıra islahatlar həyata keçirdiyini xatırladan Lyuk Friden bundan sonra da Azərbaycanı bu yolda təşviq edəcəklərini bildirib.

“Lüksemburqun Baş naziri kimi mən də hesab edirəm ki, Avropa Şurasının əsas üstünlüklərindən biri müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın nümayəndələri ilə dialoq qurmaq və fikir mübadiləsi aparmaq üçün imkanlar yaratmasıdır. Ona görə də mən hesab edirəm ki, Nazirlər Komitəsi, eləcə də Parlament Assambleyası bu dialoq kanallarını açıq saxlamağa çalışmalı və müvafiq məsələləri onlarla müzakirə etməlidir. Biz, digər ölkələr kimi, Azərbaycanın hakimiyyət orqanları ilə dialoqun tərəfdarıyıq və onları Avropa Şurasının təsis sənədlərində əks olunan bütün prinsiplərə hörmətlə yanaşmağa təşviq etməyə tam sadiqik”, - deyə Baş nazir L.Friden vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Yanvar 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri