Azərbaycanın hərbi qulluqçuları Səudiyyə Ərəbistanında keçirilən forumda iştirak edib
Icma.az xəbər verir, Newscenter.az-ə əsaslanaraq Azərbaycanın hərbi qulluqçuları Səudiyyə Ərəbistanında keçirilən forumda iştirak edib.
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “Gizirlər üçün 1-ci Beynəlxalq Liderlik Forumu” keçirilib.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu beynəlxalq forumda iştirak edib.
Tədbirə Azərbaycan və Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ, Almaniya, Banqladeş, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə, İordaniya, İraq, İspaniya, İsveç, İtaliya, Küveyt, Qətər, Mərakeş, Misir, Nigeriya, Oman, Pakistan, Tunis, Türkiyə, Yaponiya və Yunanıstandan olan hərbi quluqçular da qatılıb.
Forumun keçirilməsinin məqsədi gizir heyətinin liderlik qabiliyyətinin inkişafı və effektiv rəhbərlik bacarıqlarının artırılmasıdır.
Mehman Mehdiyev
![see](https://icma.az/template/assets/label.png)
Azərbaycanın hərbi qulluqçuları Səudiyyə Ərəbistanında keçirilən forumda iştirak edib
21 Noyabr 2024 18:31
Azərbaycanın hərbi qulluqçuları Səudiyyə Ərəbistanında keçirilən forumda iştirak edib FOTO
21 Noyabr 2024 19:07
525ci qəzet Azərbaycanın hərbi qulluqçuları Səudiyyə Ərəbistanında keçirilən forumda iştirak edib
21 Noyabr 2024 18:25
Hərbi qulluqçularımız Səudiyyə Ərəbistanında keçirilən forumda iştirak edib
21 Noyabr 2024 18:20
Hərbi qulluqçularımız Səudiyyə Ərəbistanında keçirilən forumda iştirak etdilər FOTO
21 Noyabr 2024 18:31
![see](https://icma.az/template/assets/see.png)