Azərbaycanın idman gimnastları Özbəkistanda 5 medal qazandılar
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində 5 medal qazanıblar.
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Miryusif Əhmədzadə (gimnastika atı), Nikita Simonov (halqa) və Aydın Əlizadə (halqa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Əlizadə həmçinin gimnastika atı ilə hərəkətdə gümüş medalı hesabına yazdırıb. Eyni hərəkətin icrasında Tixonov bürünc medalla kifayətlənib.
Baxış sayı:141
Bu xəbər 15 Noyabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















