Icma.az
close
up
RU
Azərbaycanın idman xəritəsində yeni ünvan: Yevlax Olimpiya İdman Kompleksi

Azərbaycanın idman xəritəsində yeni ünvan: Yevlax Olimpiya İdman Kompleksi

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yevlax, 29 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Yevlax şəhərində tikintisi ötən il başlayan müasir Olimpiya İdman Kompleksi artıq idmansevərlərin ixtiyarına verilib. 5,8 hektar ərazini əhatə edən obyekt həm şəhərin, həm də bölgənin idman həyatına yeni nəfəs gətirəcək.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, kompleksin imkanları kifayət qədər genişdir: “Burada açıq meydançalar, stadion, 1100 tamaşaçı yerlik universal idman zalı, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo və karate üzrə ayrıca zallar, fitnes və trenajor otaqları, həmçinin üzgüçülük hovuzu yaradılıb. Bundan başqa, kompleksdə iclas və konfrans zalı, kafe, restoran, məşqçilər, hakimlər, həkimlər və şərhçilər üçün xüsusi otaqlar, eləcə də 42 nəfərlik mehmanxana fəaliyyət göstərəcək”.

Yeni kompleks ilk böyük sınağını da bu günlərdə verir. Belə ki, III MDB Oyunları çərçivəsində boks yarışları məhz Yevlaxda təşkil olunur.

Son illər Azərbaycanın idman sahəsində atdığı addımlar ölkəni beynəlxalq yarışların əsas mərkəzlərindən birinə çevirib. Dünya və Avropa çempionatları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər nüfuzlu tədbirlərin uğurla keçirilməsi buna bariz nümunədir. MDB Oyunlarının Azərbaycana həvalə olunması isə ölkənin idman sahəsində qazandığı beynəlxalq etimadın göstəricisidir.

Azərbaycanın “idman ölkəsi” kimi tanınmasında təkcə Bakıda deyil, regionlarda da müasir idman infrastrukturunun qurulması mühüm rol oynayır. Yevlaxda istifadəyə verilən yeni kompleks də bu siyasətin davamı kimi dəyərləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri