Icma.az
close
up
RU
Azərbaycanın ikinci Parlamentinin 2000 ci ildəki ilk iclası

Azərbaycanın ikinci Parlamentinin 2000 ci ildəki ilk iclası

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İkinci çağırış Milli Məclisin 24 il əvvəl – 2000-ci ilin noyabrında keçirlmiş ilk iclası…

AzPost bildirir ki, 2000-ci ilin noyabrın 5-də keçirilmiş parlament seçkiləri ciddi siyasi rəqabət şəklində baş tutub.

Nəticədə Milli Məclisin ölkənin sonrakı beş ilində baş verəcək mühüm ictimai-siyasi proseslərdə iştirak edəcək tərkibi müəyyənləşib.

Bu seçkidə Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin rəhbərlik elədiyi YAP-ın proporsional seçki siyahısı Milli Məclisdə əksər yerləri götürüb.

Həmin seçkilərdə müxalifəti təmsil edən bir sıra partiyalar parlamentin tərkibinə düşə bilib.

AXCP-ni Əli Kərimov, Qulamhüseyn Əliyev, Asim Mollazadə və Cəmil Həsənovdan ibarət deputat qrupu təmsil edib. Majoritar qaydada isə AXCP-dən Nizami Quliyev, Müsavat Partiyasından Şirzad Əyyub və Vaqif Səmədoğlu seçilib.

Həmin il AXCP-dəki parçalanmadan sonra yeni təşkilat yaratmış Mirmahmud Fəttayev də deputat mandatı alıb.

İclada deputat seçilənlərin siyahısı oxunarkən onun adı da çəkilir.  29 saylı Əli-Bayramlı-Salyan seçki dairəsindən seçilmiş  Mirmahmud Fəttayev o zaman deputat mandatından imtina edib.

2000-ci ildəki seçkilərdə VHP-dən Sabir Rüstəmxanlı, Fəzail İbrahimli,  Rəfail Hüseynov, Kommunist  Partiyasından Ramiz Əhmədov, Rauf Qurbanov millət vəkili seçiliblər.

Müxalifəti təmsil edənlər iclasa qatılmayıblar.

İclasda həmçinin deputat mandatı almış yazıçı və sənət adamlarını görmək olur: AYB sədri Anar, mərhum Bəxtiyar Vahabzadə, Zeynəb Xanlarova, Zəlimxan Yaqub, Amaliya Pənahova, Sirus Təbrizli, Vaqif Səmədoğlu,  Anar Məmmədxanov, Maqsud İbrahimbəyov iclasa qatılıb. 

O zaman SOCAR-ın vitse-prezidenti vəzifəsini tutan İlham Əliyev Anar Məmmədxanovla birgə oturub.

Milli Məclisin təmirdən əvvəlki salonundakı qırmızı kreslolarda həmçinin mərhum Murtuz Ələsgərovu, “çörək Tofiq” təxəllüsü verilmiş  Tofiq Hüseynlini,  general Timoşenkonu, İsmayıl Ömərovu, mərhun Zakir Zeynalovu,  Vüqar Rəhimzadəni, Kommunist Partiyasnın sədri mərhum Ramiz Əhmədovu,  tək oturmuş akademik Cəlal Əliyevi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu, Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyevi, sonralar  məşhur ifadəyə çevrilmiş “Jak Şirak qudurub” aforizminin müəllifi, mərhum professor Şamil Qurbanovu görmək mümkündür.

İclası idarə edən Həsən Mirzəyev ilk iclasda 101 deputatın iştirak etdiyini açıqlayır.

O, Milli Məclisn yeni sədrinin seçilməsinin vacibliyini deyir və tribunaya YAP sədrinin müavini Əli Əhmədov çıxır.

Ə. Əhmədov çıxışında bildirir ki, qarşıdakı beş ildə ölkədə demokratiyanı inkişaf etdirmək, sosial islahatların hüquqi bazasını yaratmaq kimi məsuliyyətli vəzifə durur. Bundan sonra Əli Əhmədov YAP adından Milli Məclisin sədri vəzifəsinə professor Murtuz Ələsgərovun namizədliyini təklif edir.

Təklif səsə qoyulur.

Milli Məclisin bu tərkibi Azərbaycanın 2000-ci illərin əvvələrindəki siyasi proseslərin yükünü daşıdı. Azərbaycanın Avropa Şurasına üzvlüyünün sevincini yaşadı, siyasi burulğanların dalğasına düşdü.

2001-ci ilin aprelində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyasına qatılan Azərbaycan nümayəndə heyətinə İlham Əliyev rəhbərik edirdi.

Bu tərkib 2003-cü ildə deputat həmkarı İlham Əliyevi Baş nazir postuna təsdiq etdi, mərhum Heydər Əliyevin vəfatının kədərini yaşadı.

2003-cü ildə dövlət başçısı seçilmiş İlham Əliyevin Prezident kimi səlahiyyətlərini təsdiqləmək də bu tərkibin qismətinə düşdü.

İkinci parlament 2005-ci ildə baş tutmamış dövlət çevrilişi cəhdinin şahidi oldu və öz sıralarından iki həmkarının həbsinə razılıq verdi.

2005-ci ilin noyabrında fəaliyyətini sona çatdırdı.

İndi həmin ilk iclasın tarixindən 25 ilə yaxın vaxt ötür.  Bu fotolar həmin dövrün siyasi portretini yenidən xatırlamaq üçün bir imkan yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azpost.info
archiveBu xəbər 27 Yanvar 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri