Icma.az
close
up
RU
Azərbaycanın ilk Milli Qəhrəmanı Valeh Müslümov

Azərbaycanın ilk Milli Qəhrəmanı Valeh Müslümov

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olan Valeh Əlirza oğlu Müslümovun bü gün doğum günüdür. Valeh 1968-ci ilin sentyabr ayının 2-də Lerik rayonunda doğulmuşdur. 1975-ci ildə 2 saylı Lerik rayon orta məktəbinin birinci sinfinə getmiş, 1983-cü ildə səkkizinci sinfi bitirmişdir. Elə həmin il Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 

1984-cü ildə 2 saylı Sumqayıt Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışıb. 1986-cı ildə V.Müslümov hərbi xidmətə çağırılıb. 1988-ci ildə hərbi qulluqdan təxris olunub və Sumqayıta qayıdıb. Torpaqlarımızın erməni quldurları tərəfindən işğal edilməsinə dözə bilməyərək, 1991-ci ilin avqust ayından DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Şuşa, Xocalı, Tovuz və Qubadlıda döyüş əməliyyatlarında iştirak edib, mərdliklə vuruşub. 

1992-ci ilin aprel ayının 14-də erməni yaraqlıları xeyli texnika və canlı qüvvə ilə Marquşevana hücuma keçiblər. Valeh öz dəstəsi ilə ilk olaraq döyüşə girir. O, həm düşmənlə vuruşur, həm də yaralı dostlarını döyüş meydanından uzaqlaşdırırdı. Bu qeyri-bərabər döyüşdə Valeh də yaralandı. Buna baxmayaraq 11 nəfər yaralı döyüşçünü ölümün pəncəsindən xilas etdi. Lakin, öz həyatını qoruya bilmədi. V.Müslümov Lerik rayonunda dəfn edilmişdir. 

Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə ilk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də məhz Valeh Müslümov olmuşdur.

Şəhid olmasından 33 il keçməsinə baxmayaraq, xatirəsi həmişə qəlbimizdədir. Onun adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Lerik şəhərinin küçələrindən birinə və təhsil aldığı 2 saylı orta məktəbə onun adı verilib, büstü ucaldılıb. 

Müşfiq Mirzə
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:617
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri