Azərbaycanın imkanlarından istifadə edin... Pezeşkian tapşırdı
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
İran Prezidenti Məsud Pezeşkian hökumətə qonşu ölkələrin, o cümlədən Azərbaycanın imkanlarından ölkəyə bir sıra zəruri malların idxalı üçün istifadə etməyi tapşırıb.
Bakupost.az Report-a istinadla xəbər verir ki, Pezeşkian bu tapşırığı nazirlər və İran Mərkəzi Bankının rəhbəri ilə keçirdiyi müşavirənin yekunları əsasında verib.
"Prezident ölkənin şimal limanlarının potensialından maksimum istifadə edilməsinin, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin, bəzi zəruri malların təmin edilməsi və idxalı üçün qonşu ölkələrin, o cümlədən Azərbaycan, Pakistan və Rusiyanın imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb. Ölkə lideri bu sahədə müvafiq sazişlərin həyata keçirilməsinin sürətləndirilməsinə çağırıb", - məlumatda qeyd olunub.
M.Pezeşkian vurğulayıb ki, o, zərurət yarandığı halda malların və dərman vasitələrinin tədarükü və daşınması qarşısındakı mümkün maneələrin tez aradan qaldırılması üçün şəxsən qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla məsləhətləşəcək.
Müşavirədə bəzi cənub keçid məntəqələrində yaranmış məhdudiyyətlər nəzərə alınmaqla əsas malların, dərmanların və ölkə üçün zəruri olan resursların idxalı ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.
İqtisadiyyat nazirinin hesabatına əsasən, qonşu ölkələrlə aparılan məsləhətləşmələr nəticəsində malların idxalının sadələşdirilməsi, eləcə də artırılması üçün quru sərhəd məntəqələrinin və alternativ nəqliyyat marşrutlarının əhəmiyyətli hissəsinin imkanları aktivləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 29 May 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















