Icma.az
close
up
RU
Azərbaycanın informasiya savaşında növbəti uğuru

Azərbaycanın informasiya savaşında növbəti uğuru

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin “La Repubblica” qəzetinə müsahibəsində Qərbin səlibçi təbliğatının mahiyyəti açıqlanmışdı

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq qələbə ölkəmizin müasir tarixində dönüş nöqtəsi olmaqla bərabər, beynəlxalq münasibətlər sistemində də yeni reallıqlar yaratdı. Dövlətimizin başçısı savaş dövründə informasiya cəbhəsində də yüksək səviyyəli diplomatik və siyasi çeviklik nümayiş etdirdi. İtaliyanın nüfuzlu “La Repubblica” qəzetinə verdiyi müsahibə məhz bu həqiqəti bir daha təsdiqlədi. Ölkə rəhbəri bu müsahibə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin həm hüquqi, həm də mənəvi əsasları haqqında fikirlərini beynəlxalq aləmə çatdırdı.

Azərbaycan liderinin “La Repubblica”ya vurğuladığı “Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq” söyləməsi, əslində, milli dövlətin 30 illik səbir, müdriklik və prinsipiallıqla davam etdirdiyi xəttin kulminasiya məqamı idi. Azərbaycan heç vaxt müharibə istəmədi, danışıqlar yolu ilə ədalətin bərpasına böyük ümid bəslədi. Lakin Ermənistanın ardıcıl təxribatları, xüsusilə 2020-ci ilin sentyabrında hərbi hücumu respublikamızı öz suveren hüquqlarını qorumaq üçün cavab tədbirləri görməyə məcbur etdi. Dövlətimizin başçısının dediyi kimi, “Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq, biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik”. Bu ifadə Azərbaycanın qələbəsinin təməlində revanşizm yox, ədalət və beynəlxalq hüquq normalarına sadiqliyin dayandığını sübut edir.

Ölkə rəhbəri bu müsahibədə beynəlxalq münasibətlər sistemindəki ziddiyyətləri də müdrikliklə diqqətə çatdırırdı. Prezident vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin beynəlxalq vasitəçilərin acizliyi üzündən həmin sənədlər uzun illər kağız üzərində qalmışdı.

Azərbaycan lideri bu situasiyanı “vasitəçilər neytral qalmasalar, vasitəçi ola bilməzlər” ifadəsi ilə aydın şəkildə xarakterizə edirdi. Bu cümlə yalnız diplomatik tənqid deyildi, həm də beynəlxalq münasibətlərdə obyektivliyin itirilməsinin doğurduğu təhlükənin xəbərdarlığı idi. Azərbaycan 30 il ərzində beynəlxalq hüququn prinsiplərinə sadiq qaldı, lakin dünya tarixi ədalətsizliyə göz yumdu. Nəticədə, ölkəmiz Vətən müharibəsində beynəlxalq hüququ reallığa çevirdi, ərazi bütövlüyünü “dəmir yumruq” hesabına bərpa etməklə BMT qətnamələrinin icrasını faktiki olaraq gerçəkləşdirdi.

Müsahibənin ən mühüm istiqamətlərindən biri də qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin qiymətləndirilməsi idi. Prezident İlham Əliyev bu dəstəyi “çox səmərəli” adlandıraraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın yanındayıq” bəyanatının savaşın ilk saatlarından həm regional, həm də qlobal miqyasda mühüm siyasi siqnal olduğunu bildirdi. Bu bəyanat iki dövlət arasındakı strateji müttəfiqliyin təsdiqi olmaqla bərabər, eyni zamanda, regionda güc balansının yenidən qurulmasının başlanğıcı idi. İlham Əliyev bunun hərbi deyil, mənəvi dəstək olduğunu, amma kifayət qədər güclü siyasi məna daşıdığını vurğulayırdı. Türkiyənin bu mövqeyi beynəlxalq ictimaiyyətə Azərbaycanın haqq, ədalət uğurunda savaşdığını, ölkəmizin azadlıq mübarizəsi apardığını göstərirdi. Bu dəstək, eyni zamanda, Türk dünyası birliyinin real siyasi təzahürünə çevrildi.

Dövlətimizin başçısı müsahibədə toxunduğu vacib məsələlərdən biri də “Azərbaycan ordusunun tərkibində guya muzdlu döyüşçülərin olması” barədə yayılmış əsassız iddialar idi. Prezident bu iddiaları faktlarla təkzib edərək “bizə bununla bağlı heç bir dəlil təqdim olunmayıb. Bu, indiyədək sübuta yetirilməyib”, – deyə vurğuladı. Ölkə rəhbəri daha sonra dedi: “Azərbaycan ordusu 100 mindən artıq nizami əsgərdən ibarətdir və lazım gəlsə, bundan bir neçə dəfə çox qüvvə səfərbər oluna bilər... Bizim müasir silahlarımız, mükəmməl texnologiyamız və yüksək döyüş ruhumuz var”. Prezident bu bəyanatı ilə bir tərəfdən Azərbaycan ordusunun peşəkarlığını və texnoloji üstünlüyünü vurğulayır, digər tərəfdən, Qərb mediasında yayılan dezinformasiyaların siyasi məqsədli olduğunu göstərirdi.

Azərbaycan lideri, əslində, bu həqiqətlə informasiya müharibəsində respublikamızın üstünlük qazandığını nümayiş etdirir, Ermənistanın və onun havadarlarının uydurduqları yalanları diqqətə çatdırırdı. Prezidentin “biz onlara kimin kim olduğunu sübut etdik” fikri isə həm mənəvi, həm də hərbi üstünlüyün ifadəsi idi. Bu, savaşda qazanılmış qələbə olmaqla bərabər, həm də beynəlxalq informasiya məkanında Azərbaycanın haqq səsinin qalib gəlməsindən xəbər verirdi.

Prezident İlham Əliyev Qarabağda erməni əhalisinin çoxluq təşkil etməsi barədə sualı da tarixi faktlara əsaslanmaqla cavablandırdı: “1970-ci illərin sonunda Dağlıq Qarabağ əhalisinin 25 faizi azərbaycanlı idi, lakin Ermənistanın apardığı etnik təmizləmə nəticəsində bu bölgədə bir nəfər olsun belə azərbaycanlı qalmadı. Xüsusilə Şuşa kimi tarixi bir şəhərin 98 faiz azərbaycanlı əhalisinin hamısı qovuldu”.

Bu faktların Avropa auditoriyasına çatdırılması təsadüfi deyildi. Belə ki, Prezident İlham Əliyev Qərb oxucusuna bölgədə “ermənilərin əzəli torpaqları” kimi təqdim edilən ərazilərin, əslində, süni şəkildə erməniləşdirilmiş yaşayış sahələri olduğunu açıq şəkildə diqqətə çatdırır, onların Qarabağa köçürülməsinin 1805-ci il “Kürəkçay” müqaviləsindən sonrakı rus imperiyasının siyasəti nəticəsində baş verdiyini bildirirdi. Bu faktlar tarixi ədaləti, eyni zamanda, Azərbaycanın mədəni irsinin bərpası hüququnu təsdiqləyirdi.

Prezidentin müsahibədə vurğuladığı “ermənilər bizim vətəndaşlarımızdır, onlar sülh və ləyaqət içində yaşayacaqlar” fikri isə postmüharibə mərhələsinin ideoloji bünövrəsi idi. Bu, sülhə yönələn milli siyasətin bəyanatı kimi diqqət çəkirdi. Bununla Azərbaycanın etnik təmizləmə aparmaq yox, 30 il əvvəl Ermənistanın törətdiyi ədalətsizliyi aradan qaldırmaq məqsədi nəzərə çarpırdı. Ölkə rəhbəri yeni mərhələdə Qarabağda yaşayacaq hər kəsə bərabər hüquq və təhlükəsiz şərait yaradılacağını dövlət siyasətinin prioritetinə çevriləcəyini bildirirdi.

Azərbaycan liderinin “La Repubblica”ya müsahibəsi yuxarıda vurğulananlarla bərabər, həm də Azərbaycanın gələcək baxışını əks etdirirdi. Prezident İlham Əliyev bir tərəfdən müharibənin gedişində prinsipial mövqe göstərir, digər tərəfdən isə postmünaqişə dövrü üçün inteqrasiya və sülh gündəliyini formalaşdırırdı. Onun “Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi reallaşdırılacaq, onların maddi vəziyyəti daha yaxşı olacaq” sözləri Azərbaycanın sivil, humanist dövlət siyasətinin bariz ifadəsi kimi səslənir, perspektivdə isə bu istiqamətdə gerçəkləşdiriləcəyi uğurlu layihələrdən xəbər verirdi.

Xatırladaq ki, bu cür yanaşma müharibədən sonra bölgədə davamlı sülhün bərqərar olunması üçün əsas ideoloji xətt idi. Belə bir dövrdə Azərbaycan tarixi ədalətə əsaslanan regional inteqrasiya modeli təşəbbüsünü irəli sürdü. Bu isə beynəlxalq ictimaiyyət üçün Azərbaycanın revanşist, təcavüzkar dövlət olmadığı, ədalətli sülhün tərəfində dayandığı haqqında dünyaya mühüm mesajı idi.

Prezident İlham Əliyev “La Repubblica”ya müsahibəsində müharibənin gedişini izah etməklə bərabər, Qərb auditoriyasına respublikamızın haqlı mövqeyinin siyasi, hüquqi və tarixi əsaslarını da aydın şəkildə çatdırdı. Bir sözlə, bu müsahibə Azərbaycanın beynəlxalq informasiya məkanındakı manifesti, ədalətin, sülhün və haqqın səsi idi.

Beləliklə, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər sadəcə hərbi uğur deyildi, həm də milli kimliyin, dövlət suverenliyinin və tarixi ədalətin bərpası idi. “La Repubblica”nın suallarına cavab isə əvvəlki müsahibələrdə olduğu kimi, tarixi Qələbənin ideoloji təməlinin mahiyyətini dünya ictimaiyyətinə çatdıran mühüm sənəd idi. Azərbaycanın səsi artıq təkcə döyüş meydanında deyil, beynəlxalq tribunalar və media platformalarında da qətiyyətlə eşidilirdi. Bu, Prezident İlham Əliyevin diplomatik iradəsinin və milli liderlik konsepsiyasının parlaq təzahürü kimi diqqət çəkirdi.

Dövlətimizin başçısı müsahibənin sonunda jurnalistin “İtaliya ilə Sizin xüsusi tərəfdaşlığınız var. Siz bizim birinci neft və qaz təchizatçımızsınız. Müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun tərəfdaşlığa təsir etməyindən qorxmursunuz?” sualına cavabında bildirdi: “Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır...”.

Prezident İlham Əliyev daha sonra öz müqəddəratını təyinetmənin Ermənistanın üzərinə götürdüyü kompromis olmadığını bildirərək, işğalçının qarşısında BMT Təhlükəsizlik Şurası qətnamələrinin və əsas prinsiplərinin icrasının əsas vəzifə kimi durduğunu vurğuladı. Eyni zamanda, həmin vaxt Ermənistanın hələlik müharibənin dayanmasını istəmədiyini, tapdaq altında saxladığı torpaqları bütünlüklə boşaltmaq niyyətində olmadığını, bunun isə Azərbaycanla tərəfdaşları arasında hər hansı bir mürəkkəblik yaratmayacağını diqqətə çatdırdı.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see177

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see167

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see161

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see148

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see145

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see139

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see135

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see133

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see132

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see131

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see131

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see130

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see127

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see126

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see123

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see122

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see120

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri