Icma.az
close
up
RU
Azərbaycanın inkişaf strategiyası və milli maraqların müdafiəsi

Azərbaycanın inkişaf strategiyası və milli maraqların müdafiəsi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal siyasi sistemdə dərin dəyişikliklərin baş verdiyi, regional və beynəlxalq təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin daxili və xarici siyasət prioritetlərinin aydın ifadəsi kimi diqqət çəkir.

Prezident İlham Əliyevin müsahibələri artıq illərdir ki, təkcə cari məsələlərə münasibət bildirmək deyil, eyni zamanda Azərbaycanın dövlət idarəçiliyi fəlsəfəsini, milli maraqlara əsaslanan inkişaf modelini və strateji baxışını cəmiyyətə çatdıran mühüm platforma rolunu oynayır. Son müsahibə də bu baxımdan ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi davamı kimi qiymətləndirilir.
Dövlət başçısı müsahibədə Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlərinin əsasının düşünülmüş və milli maraqlara söykənən siyasət olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkənin inkişaf modeli suverenlik, müstəqillik və daxili sabitlik prinsiplərinə əsaslanmaqla yanaşı, müasir çağırışlara çevik cavab verə bilən idarəetmə mexanizmləri üzərində qurulub.
Sosial-iqtisadi inkişaf məsələlərinə toxunan Prezident İlham Əliyev əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsinin dövlət siyasətinin əsas prioritetləri olduğunu bildirib. Vurğulanıb ki, həyata keçirilən islahatların mərkəzində Azərbaycan vətəndaşı dayanır və bütün qərarlar insan kapitalının inkişafına xidmət edir.
Müsahibədə iqtisadi təhlükəsizliyin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğu xüsusi qeyd edilib. Makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşdırılması və regionların tarazlı inkişafı istiqamətində tədbirlərin ardıcıl şəkildə davam etdirildiyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyev müsahibə zamanı dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında kadr siyasətinin xüsusi rolunu da önə çəkib. Dövlət başçısı qeyd edib ki, son illər həyata keçirilən kadr islahatları peşəkarlıq, məsuliyyət, şəffaflıq və milli maraqlara sədaqət prinsiplərinə əsaslanır. Vurğulanıb ki, idarəetmədə gənc, müasir düşüncəli, bilikli və təşəbbüskar kadrların irəli çəkilməsi dövlət siyasətinin davamlılığının və çevikliyinin təmin olunmasına xidmət edir.
Eyni zamanda bildirilib ki, kadr seçimində peşəkar potensialın düzgün qiymətləndirilməsi və institusional davamlılığın təmin olunması əsas meyarlar sırasında yer alır. Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasəti dövlət idarəçiliyində məsuliyyətin artırılmasına, qərarların icra mexanizmlərinin gücləndirilməsinə və vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlib.
Ölkə Prezidenti Azərbaycanın xarici siyasət kursuna da toxunaraq bildirib ki, ölkəmiz müstəqil, praqmatik və balanslaşdırılmış xarici siyasət yürüdür və bu siyasətin mərkəzində milli maraqlar dayanır. Regional əməkdaşlıq təşəbbüsləri və beynəlxalq layihələr Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısı, eyni zamanda, beynəlxalq hüquqa əsaslanan mövqenin dəyişməz olduğunu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönələn istənilən təhdidə qətiyyətlə cavab veriləcəyini vurğulayıb.
Ümumilikdə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi bu müsahibə Azərbaycanın mövcud mərhələdə qarşısında duran əsas vəzifələri, strateji hədəfləri və gələcək inkişaf yolunu aydın şəkildə ortaya qoyur. Müsahibə bir daha göstərir ki, Azərbaycan güclü siyasi iradəyə, peşəkar kadr potensialına və milli maraqlara söykənən davamlı inkişaf strategiyasına malik dövlətdir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri