Icma.az
close
up
RU
Azərbaycanın işğal altındakı ərazilərində qərarlar İrəvanda qəbul edilirdi RƏY

Azərbaycanın işğal altındakı ərazilərində qərarlar İrəvanda qəbul edilirdi RƏY

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olanda bütün qərarların İrəvanda qəbul edildiyinə dair heç bir şübhə olmayıb.

Bu barədə "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, vaxtilə mətbuatda bununla bağlı çoxsaylı məlumatlar yayımlanırdı:

"Eyni zamanda istintaq çox ciddi dəlillər ortaya qoymuşdu və hazırda davam edən məhkəmə prosesində də hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslər özləri bunları etiraflar edirlər. Onların ifadələri də göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək, birləşdirmək barədə çox ciddi fikirləri var idi. Ermənistan Ali Sovetinin 1989-cu ilin dekabrında Azərbaycanın Dağlıq Qarabağ ərazisinin ona birləşdirilməsi barəsində qərarı qüvvədə idi".

Deputat bildirib ki, Ermənistanda hakimiyyətdə olanlar Azərbaycan əraziləri işğal altında saxlayıb, öz əraziləri kimi idarə ediblər:

"Qarabağa rəhbərlər bir qayda olaraq İrəvandan göndərilirdi. Ermənistanın illik büdcəsindən keçmiş separatçı rejimə böyük vəsait ayrılırdı.

Azərbaycan faktiki olaraq öz ərazilərini Ermənistanın işğalından azad etdi. Bu faktı Ermənistan tarixçiləri, təbliğatçıları heç vaxt ört-basdır edə bilməyəcəklər. Faktlar bir daha göstərir ki, Azərbaycan ərazisinin bir hissəsində yaşayan bir qrup erməninin guya müstəqillik elan etməsi, orada hakimiyyət qurması boş sözdən başqa nəsə deyil.

Azərbaycan öz suverenliyini bərpa etdi, dünya birliyində nüfuzunu daha da artırdı. Bu gün müttəhimlər kürsüsündə keçmiş separatçı qurumun rəhbərləri əyləşiblər. Amma zaman gələcək bu gün xaricdə gizlənən, Azərbaycana qarşı müharibə, genosid, dağıntılar törədən insanlar üzərində də Azərbaycan məhkəmə quracaq".

Qeyd edək ki, hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Arayik Harutyunyan ifadə verərək bildirib ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyıb. Onun sözlərinə görə, “Qarabağ müdafiə ordusu” da Ermənistan silahlı qüvvələrinə daxil idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Mart 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri