Icma.az
close
up
RU
Azərbaycanın İsrailə Təbriz mesajının Mühüm səbəbi

Azərbaycanın İsrailə Təbriz mesajının Mühüm səbəbi

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycan İsrail rəhbərliyinə Cənubi Azərbaycandakı soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mesaj göndərib: mesaj İsrailin İrandakı azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməkdən ibarətdir.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Azərbaycanın İsrail rəhbərliyinə mesajı ilə bağlı yayılan xəbərlər fonunda qeyd edib.

“Bu cür mesajlar rəsmi şəkildə açıqlanmır, çünki Cənubi Azərbaycan rəsmi olaraq İran ərazisidir, oradakı soydaşlarımız da İran vətəndaşı. Azərbaycanın bunu rəsmi şəkildə dilə gətirməsi birmənalı qarşılanmaya bilər. Lakin mesajın mediada tirajlanması təsdüfi deyil və doğru qərardır.

Birincisi, Azərbaycan bununla müharibənin getdiyi ərazilərdəki soydaşlarının təhlükəsizliyini düşündüyünü, mövcud şərtlərdə bunun üçün əlindən gələni etdiyini göstərir;

İkincisi, bu, İranda “İsrail təyyarələri Azərbaycanın yanacağı ilə Təbrizi bombalayır” iddialarına qarşı vaxtında verilmiş mesajdır: İran rejimi bu cür iddialarla Bakı-Təbriz xəttində nifaq yaratmaq və azərbaycanlıların öz talelərini Arazın bu tayına bağlamaq perspektivinin qarşısını almaq niyyətindədir; Bakı isə Təl-Əvivə mesaj göndərməklə adekvat cavab verir, Arazın o tayındakı soydaşlarımıza Tehranın edə bilmədiyini etdiyini, onların təhlükəsizliyini qorumağa çalışdığını çatdırır;

Burada İranda hadisələrin mümkün inkişaf perspektivləri – rejimin dəyişməsi, Cənubdakı soydaşlarımızın azadlıq, yaxud ən azı muxtariyyət imkanlarının yarana biləcəyi də görünür. Bakı bu mesajla İrandakı soydaşlarımızın gələcəyini düşünən yeganə tərəf olduğunu sərgiləyir”, - o bildirib.

Aygün,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 İyun 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri