Icma.az
close
up
RU
Azərbaycanın iştirakı ilə “Poti TransTerminal” istifadəyə verilib

Azərbaycanın iştirakı ilə “Poti TransTerminal” istifadəyə verilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisi, 9 iyun, AZƏRTAC

Qara dənizin Gürcüstan sahillərindəki Poti limanında Azərbaycanın iştirakı ilə yeni strateji terminal istifadəyə verilib. Bu, Azərbaycanın regionda etibarlı dost və strateji tərəfdaş olduğunu bir daha sübut edib.

AZƏRTAC xəbər verir ki, iyunun 9-da Gürcüstanın Poti şəhərində yerləşən və Orta Dəhliz üçün strateji əhəmiyyət daşıyan “Poti TransTerminal” multimodal konteyner terminalının rəsmi açılışı olub.

Yeni logistik mərkəz regionun tranzit və yükdaşıma potensialını əhəmiyyətli dərəcədə artıracaq. Terminalın layihələndirilməsi və müəllif nəzarəti Gürcüstan və Qazaxıstan tərəfindən etibarlı tərəfdaş kimi Azərbaycana həvalə olunub. Bu işləri Azərbaycan şirkəti — “INNOPRO” Qapalı Səhmdar Cəmiyyəti uğurla həyata keçirib.

Tədbirdə Gürcüstan, Qazaxıstan və Özbəkistanın nəqliyyat qurumlarını təmsil edən rəsmi şəxslər, parlament üzvləri və beynəlxalq logistik mütəxəssislər iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər layihənin regional və beynəlxalq əhəmiyyətini xüsusi vurğulayıblar.

Bildirilib ki, layihənin əsas yükünü Azərbaycan daşıyıb.

Terminalın layihələndirilməsi, texniki nəzarəti və tikintisi “INNOPRO” QSC tərəfindən həyata keçirilib. Layihənin bütün mərhələlərində – konseptin yaradılmasından istismara qədər – azərbaycanlı mühəndis və mütəxəssislər bilavasitə iştirak ediblər.

Terminal müasir beynəlxalq standartlara uyğun olaraq inşa edilib və gələcəkdə genişləndirilməsi mümkün olan dayanıqlı logistik infrastrukturla təchiz olunub.

Qeyd olunub ki, əvvəllər Azərbaycandan Poti limanına gündə cəmi bir konteyner blok qatarı gəlirdisə, artıq bu terminal gündəlik 5 konteyner qatarını qəbul edə biləcək. Bu, Orta Dəhliz üzrə yüklərin vaxtında və sürətlə Avropaya çatdırılmasına ciddi töhfə verəcək.

Terminalın direktoru Oljas Arykbayev deyib ki, Azərbaycan bu layihədə sadəcə iştirak etməklə kifayətlənməyib. Layihələndirmə və layihə-smeta sənədləri də məhz Azərbaycan tərəfindən hazırlanıb. Azərbaycanlı mütəxəssislər layihələndirmə sahəsində yüksək keyfiyyət nümayiş etdiriblər, texnoloji proseslərin qurulmasında innovativ yanaşmalar təklif ediblər, həmçinin mühəndis-kommunikasiya xətlərinin çəkilişi ilə bağlı effektiv həllər irəli sürüblər.

Əməliyyat direktoru Cani Katamadze isə bildirib ki, bu layihənin gerçəkləşməsində Azərbaycan tərəfinin böyük rolu olub. Terminalın layihələndirilməsindən tutmuş, qatarların hərəkətinə qədər bütün mərhələlərdə Azərbaycan fəal iştirak edib. Bu addımların əsas məqsədi Orta Dəhlizin imkanlarını daha da genişləndirmək və yük qəbulunun həcmini artırmaqdır. Bu layihə təkcə Azərbaycan ilə Gürcüstan üçün deyil, eyni zamanda, Qazaxıstan və digər istifadəçi ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstanın dəstəyi ilə artıq Gürcüstana daha çox yük axını təmin olunacaq. Bu isə regionun bütün tranzit ölkələri üçün uğurlu bir logistik təşəbbüsdür.

“INNOPRO” şirkətinin rəhbəri Samir Məmmədov çıxışında deyib: “Bu logistik terminalın layihələndirilməsi, həmçinin mühəndis xidmətləri və müəllif nəzarəti Azərbaycan şirkəti tərəfindən həyata keçirilib. Terminalın birinci mərhələdə illik gücü 80 min TEU, növbəti mərhələdə isə 200 min TEU olaraq nəzərdə tutulub”.

Onun sözlərinə görə, eyni zamanda, terminalda iki ədəd portal kran layihələndirilib ki, bu avadanlıqlar saatda 50-yə qədər konteynerin boşaldılmasını təmin edə bilir. Terminalda elə bir dəmir yolu infrastrukturu layihələndirilib ki, burada eyni vaxtda 120 vaqonun yükboşaltma əməliyyatları həyata keçirilə bilər.

“Bu logistik terminal Orta Dəhlizin dayanıqlığına, sabitliyinə və yüklərin sürətli, vaxtında daşınmasına mühüm töhfə verəcək. Bu terminal yalnız bir infrastruktur layihəsi deyil, eyni zamanda, ölkələrarası iqtisadi əməkdaşlığın simvoludur”, – deyə S.Məmmədov vurğulayıb.

Qeyd olunub ki, yeni terminal təkcə infrastruktur layihəsi deyil, həm də region ölkələri arasında iqtisadi əməkdaşlığın bariz nümunəsidir. Qara dəniz sahilində reallaşan bu strateji layihə Orta Dəhlizin sabitliyinə və rəqabət qabiliyyətinin artmasına töhfə verəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri