Icma.az
close
up
RU
Azərbaycanın ixrac etdiyi qeyri neft qaz məhsullarının həcmində artım qeydə alınıb

Azərbaycanın ixrac etdiyi qeyri neft qaz məhsullarının həcmində artım qeydə alınıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 iyun, AZƏRTAC

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük və Dövlət Statistika Komitələrinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədən ixrac olunan qeyri-neft-qaz məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz və ya 98,2 milyon dollar artaraq 771,9 milyon dollara çatıb.

MTM-dan AZƏRTAC-a bildirilib ki, son 5 ildə qeyri-neft-qaz məhsullarının ən yüksək ixrac həcmi 2023-cü ilin I rübündə 912,2 milyon dollar məbləğində qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ilin I rübündə əldə olunan yüksək nəticənin əsas səbəbi həmin dövrdə ixrac olunan elektrik enerjisinin həcminin daha yüksək olmasıdır. Daha dəqiq desək, 2023-cü ilin I rübündə 2,4 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac olunub ki, nəticədə 281,1 milyon dollar gəlir əldə edilib. Müqayisə üçün deyək ki, elektrik enerjisinin ixracı 2024-cü ilin I rübündə 718,1 milyon kVt/saat (40,6 milyon dollar), cari ilin I rübündə isə 440,4 milyon kVt/saat (24,4 milyon dollar) təşkil edib.

Cari ilin I rübündə qeyri-neft-qaz məhsulları üzrə ən çox gəlir gətirən ixrac məhsulu meyvə-tərəvəz olub. İlk 3 ayda xarici ölkələrə 153,4 milyon dəyərində meyvə-tərəvəz ixrac olunub və bu da ümumi qeyri-neft-qaz məhsulları üzrə ixracın 19,9 faizini təşkil edib.

İkinci sırada 87,2 milyon dollar dəyərində ixrac ilə kimya sənayesi məhsulları yer alıb. Bu məhsullar qeyri-neft-qaz məhsulları üzrə ixracın 11,3 faizini təşkil edib.

İlk üçlüyü 81,7 milyon dollar ilə plastik və ondan hazırlanan məmulatların ixracı tutub. Bu məhsullar da öz növbəsində qeyri-neft-qaz məhsulları üzrə ixracın 10,6 faizinə bərabər olub.

Qeyd edək ki, bu dövr ərzində 53 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 45,1 milyon dəyərində pambıq, 24,4 milyon dəyərində elektrik enerjisi və 18,4 milyon dəyərində qara metal və ondan hazırlanan məmulatlar ixrac olunub.

Cari ilin I rübü ərzində ixrac olunan qeyri-neft-qaz məhsullarının 30,17 faizi şimal qonşumuz Rusiyanın payına düşüb. Bu ixracın həcmi 232,9 milyon dollar təşkil edib.

İkinci sırada 134,3 milyon dollar həcmində ixrac ilə qardaş ölkə Türkiyə yer alıb. Türkiyəyə olan ixrac həcmi ümumi qeyri-neft-qaz məhsulları üzrə ixracın 17,4 faizini təşkil edib.

İlk üçlüyü 10,45 faizlik pay ilə digər qonşumuz Gürcüstan tamamlayıb. Cari ilin I rübündə Azərbaycandan Gürcüstana 80,6 milyon dollar dəyərində qeyri-neft-qaz məhsulları ixrac olunub.

Növbəti iki sıranı ardıcıl olaraq İsveçrə (69,6 milyon dollar) və Ukrayna (51,1 milyon dollar) tutub.

Məlumat üçün bildirək ki, bu 5 əsas ölkəyə olan ixrac həcmi ümumi qeyri-neft-qaz məhsulları ixracının 73,65 faizini təşkil edib. Qalan 26,35 faiz isə adı çəkilməyən digər ölkələrin payına düşüb.

Qeyd edək ki, cari ilin I rübündə 91 ölkəyə qeyri-neft-qaz məhsulları ixrac olunub.

Azərbaycan və Gürcüstanın Dövlət Statistika Komitələrinin rəsmi internet ünvanlarından əldə olunan məlumatlar əsasında aparılan təhlil göstərir ki, Azərbaycan ölkə mənşəli qeyri-neft-qaz məhsullarının ixracı üzrə Gürcüstanı geridə qoyub. Cari ilin I rübündə Gürcüstan digər ölkələrə 1371,2 milyon dollar dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib ki, bunun yalnız 46,4 faizi və ya 636,5 milyon dollar dəyərində olan hissəsi Gürcüstanda istehsal olunub. Azərbaycanın isə bu dövrdə ixrac etdiyi 771,9 milyon dəyərindəki qeyri neft-qaz məhsullarının 89,5 faizi və ya 691,1 milyon dəyərində olan hissəsi Azərbaycanda istehsal olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri