Azərbaycanın Keniyadakı səfirinin diplomatik fəaliyyət müddəti başa çatıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə vida görüşü keçirib.
Səfirlikdən APA-ya bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin cari inkişaf dinamikasından razılıq ifadə olunub.
Baş nazir Musalia Mudavadi Keniya Prezidenti Uilyam Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycanın Prezidenti İlham Əliyev ilə görüşünün və liderlər arasında səmimi münasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edib. O, Sultan Hacıyevi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi seçilməsi münasibəti ilə təbrik edib.
Səfir Sultan Hacıyev Keniya Hökumətinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində səylərinə və diplomatik fəaliyyətində ona göstərilən dəstəyə görə təşəkkür edib.
Görüşdə Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbul edilməsi qeyd olunub. Eyni zamanda, AQEM-in fəaliyyəti, o cümlədən bu platforma üzrə regionlararası əməkdaşlığ potensialının araşdırılmasında Keniyanın rolu barədə ümumi fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 05 Noyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















