Azərbaycanın liderliyini çox yüksək qiymətləndirirəm BMT nin xüsusi elçisi
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
"Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş katibinin su məsələləri üzrə xüsusi elçisi kimi mənim üçün çox xüsusi bir gündür. Çünki müzakirələr, qarşılıqlı salamlaşmalar, müvafiq forum və davamlı şəhər inkişafı ilə bağlı məsələlər müzakirə olunur".
Bu sözləri "Unikal"a açıqlamasında WUF13-də iştirak edən BMT-nin Xüsusi Elçisi Retno Marsudi deyib.
Onun sözlərinə görə, 2050-ci ilə qədər qlobal əhalinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq: "Buna görə də su perspektivini şəhərsalma siyasətinə inteqrasiya etməkdən başqa yolumuz yoxdur.
2,2 milyarddan çox insanın təhlükəsiz su mənbələrinə çıxışı yoxdur. Eyni zamanda, 3,5 milyarddan çox insanın lazımi sanitariya şəraitinə çıxışı yoxdur.
Bu dataların mənası odur ki, biz bütün səviyyələrdə birlikdə işləməliyik. Şəhər siyasəti də daxil olmaqla, istənilən siyasətdə perspektivin nə demək olduğunu başa düşməliyik. Buna görə də, WUF-un on üçüncü sessiyasında müzakirədə suya baxış baxımından Azərbaycanın liderliyini çox yüksək qiymətləndirirəm".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 17 May 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















