Icma.az
close
up
RU
Azərbaycanın maliyyə institutlarının ESG risklərinə münasibəti açıqlanıb

Azərbaycanın maliyyə institutlarının ESG risklərinə münasibəti açıqlanıb

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) 21 bank, 16 sığorta şirkəti və 12 investisiya şirkəti olmaqla 49 maliyyə qurumu arasında sorğu keçirib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Sorğunun nəticələrinə əsasən, maliyyə institutlarının 80 %-dən çoxu iqlim dəyişikliyinin, eləcə də ekoloji sosial idarəetmə (ESG) risklərinin idarə edilməsini orta və yüksək əhəmiyətli kimi qiymətləndirir. Bu da maliyyə sektorunda ESG risklərinin əhəmiyyətinin anlaşılan olmasını və bu risklərlə bağlı sektorun məlumatlılığının artmasını göstərir.

Eyni zamanda, iqlim dəyişikliyi və ESG risklərinin maliyyə sektoruna təsirləri sektor iştirakçıları tərəfindən fərqli dövrlər üzrə müxtəlif qiymətləndirilib. Qısa müddətli (bir il) perspektivdə maliyyə institutlarının 73 %-i bu təsirləri aşağı səviyyədə qiymətləndirib. Orta müddətli dövrdə isə iştirakçıların 53 %-i bu təsirləri orta səviyyədə dəyərləndirib. Uzunmüddətli dövrdə isə maliyyə institutlarının 35 %-i bu riskləri yüksək səviyyədə qiymətləndirib təsirinin daha əhəmiyyətli olacağını proqnozlaşdırır. Ötən ilin nəticələri ilə müqayisədə daha çox maliyyə institutu iqlim dəyişiklikləri və ESG risklərinin uzunmüddətli perspektivdə sektora yüksək təsir göstərə biləcəyi qənaətindədir. Bu da maliyyə institutlarının iqlim və ESG risklərinin maliyyə sabitliyinə təsirinin uzunmüddətli perspektivdə daha əhəmiyyətli olması qənaətində olduğunun göstəricisidir.

Dayanıqlı maliyyənin tətbiqi istiqamətində maliyyə institutlarının qarşılaşdığı əsas çətinliklər arasında kadr potensialının yetərsizliyi və kifayət qədər məlumatlılığın olmaması əvvəlki ildə olduğu kimi bu il də əsas maneə kimi qalmaqdadır. Bununla yanaşı, dayanıqlı maliyyə məhsul və xidmətlərinə olan tələbin məhdudluğu da sektorun inkişafına mənfi təsir edən amillər sırasındadır. Ötən ilin nəticələri ilə müqayisə apardıqda, nəzarət orqanının tələbinin olmamasını artıq əksər maliyyə institutları əsas maneə kimi göstərməyib. Bununla belə, insan resurslarının gücləndirilməsi və məlumatlılığın artırılması ehtiyacı dayanıqlı maliyyənin geniş tətbiqini təşviq etmək baxımından həlledici faktor olaraq qalmaqdadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri