Icma.az
close
up
RU
“Azərbaycanın maraqları hər şeydən üstündür” Murad Arif

“Azərbaycanın maraqları hər şeydən üstündür” Murad Arif

Icma.az bildirir, Shownews saytına əsaslanaraq.

Murad Arif: “Azərbaycanın maraqları hər şeydən üstündür”    HITMAKER Murad Arif sosial şəbəkələrdə fikir ayrılıqları, insanların bir-birinə münasibəti və gündəmdəki aktual mövzu ilə bağlı paylaşım edib. Sənətçi bu haqda sosial media hesabında yazıb.  Murad Arif bildirib ki, virtual mühitdə insanlar bir-birinə qarşı real həyatda olduğundan daha aqressiv davranırlar:   "Hər kəsin istənilən mövzuda fikri, o fikri ifadə etmək imkanı və həmin fikirdə yanılmaq, yanlışından dərs çıxartmaq şansı olmalıdır. Amma, nə hikmətdirsə bu Sosial Şəbələlərdə təpkilər elədir ki, sanki danışan peyğəmbər olmalı və dediyi də mütləq haqq sayılmalıdır. Bu tələblə yanaşırıq hər kəsə. Bir-birinizin yaxasından düşün, ay millət. Mən ümumiyyətlə yanlışlara açıq, səhvi labüd sayan, özümü də daim öyrənən biri kimi tanıyıram. Amma siz bu qədər mükəmməlsiniz hər işinizdə? Özünüz O'sunuz? Özünüzə tələbləriniz bu qədər yüksəkdirmi? Məsələn, ətraf üçün, xalq üçün, lap özünüz üçün bir şeylər edə bildinizmi? Nolsun ki, ünsiyyətimiz virtualdır, aramızda FB-nin ağ lövhəsi və simvollardır. Səhifənizə girməsək də, bəzən şəklinizi görməsək də, təxmin edirəm ki, hamı elə eyni dərəcədə insandır. Biri bir atadır, övladdır, anadır, insandır... Axı normal həyatda belə danışmırıq bir-birimizlə. Virtualda niyə arsızlaşırıq? Haradandır bu "müdir" eqosu, "ağa" təpkisi, "ən ağıllı" sifətiylə dərs keçmək cəhdi, diktator təbiri? İnsanıqsa, insanlıqdan çıxmayaq. Bu bir. İkincisi, mən düz adamam e) Türkün sözü, genəldə, düz adamam. Yəni təməl prinsiplərim normaldır. Valideynlərimə yaxşı övlad, ailəmə yaxşı ər-ata, peşəmdə zəhmətkeş, məsuliyyətli... şəxs olaraq mütaliəli, maraqlanan, sorğulayan, hələ də öyrənən... inancımda da ədalətə, haqqa inanan. Səhvlərim varmı? N sayda. Haradasa çox ağıllı görünmüşəmsə, üzrlü sayın. İstədiyinizi ifadə etməmişəmsə, üzrlü sayın. Sizin kimi düşünmürəmsə, üzrlü sayın. Amma, adam olub, öz adamlılığınızla, (elə mənə) nümunə olun, utandırın. Üçüncüsü, bu aktual mövzuda rəyim, fikrim bəllidir. Skrinşotlar əllərdə. Bulqakov demiş, Əlyazmalar yanmır, OK. Amma, bir şeyi açıq-aydın anlayıram ki, bilmədiyimiz, anlamadığımız çox şeylər olur ki, onu bilənlər 10 addım qabaqcadan hesablayır, davranır və millət üçün ən xeyirlisini edir. Prioritet Azərbaycandırsa, gerisi təfərrüat. Gəlin, hadisələrin, olayların mərkəzinə Azərbaycanın maraqlarını qoyaq və dövlətimizə güvənək".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://shownews.az
archiveBu xəbər 15 Oktyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri