Icma.az
close
up
RU
Azərbaycanın maraqlarını diplomatik, iqtisadi və siyasi müstəvidə irəli aparan səfər

Azərbaycanın maraqlarını diplomatik, iqtisadi və siyasi müstəvidə irəli aparan səfər

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Cari ilin dekabr ayının 8-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi yadda qaldı. Bratislavada keçirilən yüksək səviyyəli görüşlərdən sonra cənab Prezidentin mətbuata verdiyi bəyanat, iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən strateji mesajlarla zəngin idi.

Cənab Prezident Slovakiyada xüsusi dövlət protokolu ilə qarşılanmış, fəxri qarovul dəstəsi, himnlərin səsləndirilməsi və rəsmi mərasimlər iki ölkə arasında dostluq münasibətlərinin səviyyəsini əks etdirmişdir. Daha sonra keçirilən təkbətək və geniş tərkibli danışıqlarda siyasi, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə edilmiş, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə razılıqlar əldə olunmuşdur.

Görüşdən sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti ilk olaraq Slovakiya rəhbərliyinə qonaqpərvərlik və səmimi münasibətə görə təşəkkür etmiş və qeyd etmişdir ki, bu səfər Azərbaycan ilə Slovakiya arasındakı münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldir və tərəflər arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açır. Onun vurğuladığı əsas məqamlardan biri, iki ölkənin yalnız dost və tərəfdaş deyil, həm də müxtəlif sahələrdə bir-birini tamamlaya biləcək strateji tərəfdaş olmasıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuat konfransında bildirib ki, iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlıq, nəqliyyat və logistika istiqamətində birgə layihələr gələcəkdə daha da gücləndiriləcək. O, həmçinin qeyd etmişdir ki, qarşılıqlı hörmət və etimada əsaslanan dialoq iki ölkənin xalqlarına fayda verəcək, Azərbaycanın Avropa məkanında mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Möhtərəm ölkə başçısı bu səfərin nəticələrinin həm ikitərəfli münasibətlər, həm də regional sabitlik baxımından mühüm rol oynayacağını xüsusi vurğulamışdır.

Cənab Prezidentin Slovakiya səfəri və mətbuata verdiyi bəyanat Azərbaycanın xarici siyasət prioritetlərinə uyğun şəkildə Avropa ilə əlaqələrin dərinləşdirilməsi, yeni tərəfdaşlıq platformalarının yaradılması və ölkəmizin beynəlxalq nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər həm diplomatik, həm iqtisadi, həm də siyasi müstəvidə Azərbaycanın maraqlarını daha da irəli aparan uğurlu addım kimi qiymətləndirilir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri