Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi nə qədər olub?
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-aprel aylarında Azərbaycan MDB ölkələrinə 485 milyon 244 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20 milyon 991 min ABŞ dolları (4,5%) çoxdur.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 2 milyard 196 milyon 368 min ABŞ dolları dəyərində olub.
Bu isə 2024-cü ilin ilk 4 ayına nisbətdə 743 milyon 86 min dollar və ya 51,1% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 464,3 milyon ABŞ dolları, idxalının dəyəri isə 1 milyard 453 milyon ABŞ dollarına bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 22 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















