Azərbaycanın məşhur gölü ilə bağlı həyəcan təbili: Fəlakət ola bilər
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
İranlı sənədli film prodüseri Möhsün Qasəd “Instagram” hesabında Urmiya gölünün tamamilə quruması ilə bağlı ciddi xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, gölün qurumuş yatağında təxminən 10 milyard ton duz toplanıb.
“5,500 km²-lik ərazini əhatə edən bu duz kütləsi küləklər və toz qasırğaları vasitəsilə geniş sahələrə yayıla bilər ki, bu da bölgə üçün ekoloji və ictimai sağlamlıq baxımından böyük təhlükə yaradır”.
Qasəd bildirib ki, yaranan duz fırtınaları yaxınlıqdakı şəhər və kəndlərdə dəri, tənəffüs, göz və hətta xərçəng xəstəliklərinin artmasına səbəb ola bilər ki, bu da fəlakətə səbəb olar. Duzun torpağa hopması isə kənd təsərrüfatını məhv etmək riski daşıyır.
O, vəziyyəti təxirəsalınmaz milli məsələ adlandıraraq, dövlət qurumlarını və aidiyyəti orqanları təcili və koordinasiyalı şəkildə tədbir görməyə çağırıb.
Tahir Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Oktyabr 2025 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















