Icma.az
close
up
RU
Azərbaycanın meyvə və tərəvəz ixracı artan və azalan məhsullar

Azərbaycanın meyvə və tərəvəz ixracı artan və azalan məhsullar

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2025-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatı məhsullarının ixrac göstəricilərində müxtəlif istiqamətlər üzrə dəyişikliklər qeydə alınıb.

Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, bu dövrdə kənd təsərrüfatı məhsullarının ümumi ixrac dəyəri 205 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,97 faiz azalıb. Bu azalmaya baxmayaraq ayrı-ayrı məhsul qruplarında nəzərəçarpacaq artımlar müşahidə olunub.

Tərəvəz ixracı fiziki həcmdə artıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artımla 42,1 min tona çatıb. Bununla belə, tərəvəz ixracının dəyəri 2,7 faiz azalaraq 48 milyon dollara düşüb. Tərəvəzlər arasında pomidor ixracı xüsusilə seçilib – fiziki həcmdə 12,3 faiz artıb və 36,1 min tona çatıb, dəyəri isə 1 faiz azalıb. Kartof ixracında isə həm miqdarda, həm də dəyərdə azalma müşahidə olunub – müvafiq olaraq 31,2 və 28,3 faiz.

Meyvə ixracı üzrə göstəricilər daha da müsbət olub. Bu sahədə miqdar 26,5 faiz, dəyər isə 26,6 faiz artıb. Beləliklə, meyvə ixracı 90,2 min ton və 105,3 milyon dollar səviyyəsində qeydə alınıb. Meyvə kateqoriyasında qoz-fındıq ixracı miqdarda 27,5 faiz, dəyərdə isə 37,6 faiz artım göstərib. Nar ixracı da artaraq 4,8 min tona və 4,1 milyon dollara çatıb. Bu, miqdarda 41,9 faiz, dəyərdə isə 34,9 faiz artım deməkdir. Alma, armud və heyva ixracı da 20,5 faiz miqdar və 22,5 faiz dəyər artımı ilə fərqlənib. Xurma ixracı 45,8 min tona və 32,9 milyon dollara çataraq miqdarda 29,8, dəyərdə isə 18,8 faiz artıb. Digər maraqlı göstərici isə sitrus meyvələrinin ixracıdır – burada miqdar 51,5 faiz artsa da, dəyər 30,1 faiz azalıb ki, bu da satış qiymətlərindəki dəyişikliklərlə izah oluna bilər.

Digər ixrac olunan məhsullar arasında tütün xammalının ixracı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Miqdar üzrə 67,3 faiz, dəyər üzrə isə 61,2 faiz eniş baş verib. Pambıq mahlıcı ixracında da eniş qeydə alınıb – miqdarda 28,7, dəyərdə isə 30,1 faiz azalma müşahidə olunub. Gön-dəri məhsullarının ixracı da zəifləyib və miqdar üzrə 51,5 faiz, dəyər üzrə isə 53,0 faiz geriləyib. Eyni zamanda, heyvandarlıq məhsullarının ixrac dəyəri cüzi artaraq 7,9 milyon dollara yüksəlib. Bu, əvvəlki illə müqayisədə 1,2 faiz artım deməkdir.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə kənd təsərrüfatı məhsullarının ixracında miqdar baxımından müsbət dinamika, dəyər baxımından isə cüzi azalma baş verib. Xüsusilə meyvə ixracındakı güclü artımlar sektorda ixrac potensialının genişləndiyini göstərib. Buna baxmayaraq, bəzi sahələrdə – tütün, pambıq və gön-dəri məhsullarında – azalma müşahidə olunub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri