Azərbaycanın milli mətbəxi Rumıniyada təbliğ olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Buxarest, 30 may, AZƏRTAC
Türkiyənin Rumıniyadakı səfirliyi və Yunis Əmrə İnstitutunun Buxarest filialının birgə təşkilatçılığı ilə Buxarestdə keçirilən IV Türk mətbəxi həftəsində ölkəmiz təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Rumıniya Milli Teatrında baş tutan təqdimatda Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə milli mətbəximizin ən dadlı təamları qonaqlara təqdim edilib.
Milli yeməklərimiz və şirniyyatlarımız, xüsusilə “Şah plov”un təqdimatı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, 2022-ci ildən etibarən Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü və himayəsi altında hər il Türkiyədə, o cümlədən bütün dünyada təşkil edilən Türk mətbəxi həftəsi bu il “Türk mətbəxinin klassik yeməkləri”nə həsr olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 30 May 2025 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















