Icma.az
close
up
RU
Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür.

Şükür Nəriman oğlu Həmidovun bu gün, 1975-ci ilin aprelin 1-də Qubadlı rayonunda doğulub.

1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi başlanan zaman sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib.

1993-cü ildə oradan məzun olan Şükür Həmidov həmin il sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verib və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib.

Ali hərbi təhsilini başa vuran Şükür Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib.

Şükür Həmidova Müdafiə Nazirliyinin 20 iyun 1997-ci il tarixli əmrinə əsasən, "leytenant", 1999-cu ildə "baş leytenant", 2002-ci ildə isə "kapitan" hərbi rütbəsi verilib.Müxtəlif illərdə Şahbuz şəhərində "N" saylı hərbi hissədə Motoatıcı Tabor Komandirinin müavini, Naxçıvan şəhərində "N" saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi və sonra həmin hərbi hissədə Motoatıcı Taborun Komandiri vəzifəsinə təyin edilib.

Ş. Həmidov Füzuli rayonunun Horadiz şəhərində "N" saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi vəzifəsində xidmət edərkən qüsursuz xidmətinə görə 30 iyun 2010-cu ildə "polkovnik-leytenant" hərbi rütbəsi alıb.

Aprel döyüşlərində Milli Qəhrəman Horadiz şəhərində "N" saylı hərbi hissənin komandiri olub. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşləri o, idarə edilib. Nəticədə gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqeləri və Lələtəpə zirvəsi işğaldan azad olunub.

Buna görə də Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub.2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Şükür Həmidova vaxtından əvvəl növbəti "polkovnik" hərbi rütbəsi verilib.

Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.2020-ci ildə 2-ci Ordu Korpusunun komandir müavini olan Şükür Həmidov cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olub.Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətləniblər.

Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində ön xətdə şəhid olub. Həmidov II Fəxri Xiyabanda dəfn olunub.

Şükür Həmidov ölümündən sonra Prezidentinin Sərəncamına əsasən, "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Aprel 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri