Azərbaycanın MMA döyüşçüsü: Kəməri əldə edəcəyimə inanıram Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Kəməri əldə edəcəyimə inanıram.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov deyib.
O, "Rizin" Döyüş Federasiyasındakı növbəti qarşılaşması haqqında danışıb.
V.Kərəmov "Rizin 49" turnirində braziliyalı rəqibi Roberto Satoşi Souza ilə duelinin önəmli olduğunu söyləyib:
"Bu, kəmər uğrunda görüş olacaq. Kəməri də əldə edəcəyimə inanıram. Özümə inanmadığım gün idmanla vidalaşacağam. İnşallah, kəmər bizim olacaq".
MMA döyüşçüsü rəqibini yaxşı tanıdığını bildirib:
"Onun qarşılaşmalarını daha əvvəl də izləmişəm. Daha çox parterdə mübarizə aparmağa üstünlük verir. Düşünürəm ki, bu görüşdə buna imkan verməməli və ayaqüstə döyüşməliyəm".
Qeyd edək ki, 71 kq çəki dərəcəsindəki döyüş dekabrın 31-də Yaponiyadakı "Saitama Super Arena"da təşkil ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 06 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















