Azərbaycanın müdafiə naziri Vyetnamın Baş naziri və hərbi rəhbərliyi ilə görüşüb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 sentyabr, AZƏRTAC
Vyetnamda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin Baş naziri Pham Minh Chinh ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb.
Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın müdafiə naziri “Xatirə dəftəri"nə ürək sözlərini yazıb.
Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Sentyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















