Azərbaycanın namizədi BMT nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin (ICCPR) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıb.
Azərbaycan Respublikası tərəfindən namizədliyi irəli sürülmüş Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq professoru Fuad Zərbiyev səsvermənin ilk mərhələsində ən yüksək səs toplayaraq, 131 iştirakçı dövlətin dəstəyini qazanıb və Komitəyə üzv seçilib.
BMT-nin İnsan Hüquqları Komitəsi 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edən qurumdur. Komitə 18 müstəqil ekspertdən ibarət olmaqla, Pakta tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir və beynəlxalq insan hüquqları hüququnun inkişafında mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 15 İyun 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















