“Azərbaycanın narahatlığı üçün əsaslar var: Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Azərbaycan ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etdiyi ilə bağlı açıqlama verib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə Azərbaycanın narahatlığı üçün ciddi əsaslar olduğunu vurğulayıb:
“Ermənistan həqiqətən də 44 günlük Vətən müharibəsindən sonra sürətlə silahlanma siyasəti həyata keçirməyə başlayıb və son vaxtlar bu siyasət daha da genişlənməkdədir.
Ermənistanın uzaq məsafədən zərbə endirməyə imkan verən silahlar əldə etdiyi həqiqətdir. Bu silahların nə vaxtsa bizə qarşı istifadə ediləcəyi ehtimalı istisna deyil. Odur ki, Azərbaycanın narahatlığı üçün əsaslar var.
Bu fakt bir daha sübut edir ki, İrəvanda revanşizm əhval-ruhiyyəsi mövcuddur. Görünən odur ki, Ermənistan cəmiyyətinin bir qismi və eləcə də İrəvan 44 günlük Vətən müharibəsinin nəticələri ilə barışmaq istəmirlər. Halbuki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ilə bölgədə yeni bir status-kvo yaratdığı və bu status-kvonu dəyişdirməyin mümkünsüzlüyü ortadadır.
Ermənistanın sürətli silahlanma siyasəti Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və əgər İrəvan bu siyasətdən imtina etməsə, o zaman bunun ağır nəticələrinə qatlaşmalı olacaq”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 11 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















